Məhəmməd Rəfi Rafiq Sediqi (soldan ikinci)

Mənbə: Foto: sosial şəbəkə

Başlıq: Məhəmməd Rəfi Rafiq Sediqi (soldan ikinci)

İŞİD jurnalistin ölümü ilə nəticələnən partlayışı üstlənib

Kabulda baş verən hücumda ən azı 7 nəfər yaralanıb

İslam Dövləti (İŞİD) ekstremist qruplaşması bir əfqan jurnalisti və bir texniki işçinin ölümü ilə nəticələnən yerli televiziya stansiyasının işçilərini daşıyan mikroavtobusun partlayışına görə məsuliyyəti öz üzərinə götürüb, - RFE/RL xəbər verir.

Mayın 30-da axşam saatlarında paytaxt Kabulda baş verən hücumda ən azı 7 nəfər yaralanıb.

Özəl “Xurşid TV”-nin icraçı direktoru Məhəmməd Rəfi Rafiq Sediqi deyib: “Bizim əməkdaşımız, iqtisadiyyat müxbiri Mir Vahed Şah və texniki əməkdaş Şafiq Amiri şəhid olub”.

Hökumət qüvvələri və Taliban silahlıları ilə döyüşən İŞİD qruplaşması son illər Əfqanıstanda baş verən ölümcül hücumların bir çoxunun məsuliyyətini öz üzərinə götürüb. Qruplaşma 30 may partlayışına dair heç bir səbəb göstərməyib.

ABŞ, Avropa Birliyi və NATO hücumu qınayıb.

Keçən il Kabulda baş vermiş bənzər hücumda “Xurşid TV”-nin daha iki əməkdaşı öldürülmüşdü və iki nəfər yaralanmışdı.

Taliban və İŞİD keçmişdə də müxbirlərə hücum edib.

Keçən il Taliban əfqan mediasına “Taliban əleyhinə bəyanatlar” yayımlamağı dayandırmaqla bağlı xəbərdarlıq etmişdi.

Əfqanıstan jurnalistlər üçün dünyanın ən təhlükəli yerlərindən biri hesab edilir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5u7waz

Ən çox baxılan