Əbu Bəkr əl-Bağdadi

Mənbə: Foto: arxiv

Başlıq: Əbu Bəkr əl-Bağdadi

İŞİD Bağdadinin öldürüldüyünü təsdiqləyib

Bağdadi Suriyanın şimal-qərbində yerləşən İdlibdə öldürülüb

İslam Dövləti (İŞİD) cümə axşamı günü silahlı qrupun lideri Əbu Bəkr əl-Bağdadinin öldürüldüyünü təsdiqləyib, - “Reuters” xəbər verir.

Bazar günü prezident Donald Tramp bəyan etmişdi ki, İslam Dövlətinin lideri olaraq bütün müsəlmanların xəlifəsi elan edilmiş iraqlı cihadçı Bağdadi şimal-şərqi Suriyada ABŞ xüsusi təyinatlıları tərəfindən öldürülüb.

Qrup indiyə qədər səssiz qalıb. Xələf olaraq İslam Dövləti Amaqın Əbu İbrahim əl-Haşimi əl-Quraişi olaraq identifikasiya etdiyi birini təyin edib.

Swansea Universitetinin İslam Dövləti üzrə tədqiqatçısı Aymenn əl-Tamimi deyib ki, Bağdadidən sonrakı isim qeyri-müəyyəndir, lakin ABŞ Dövlət Departamentinin təxmininə görə Bağdadinin mümkün varisi onun təyin etdiyi Həcc Abdullah adlı şəxs ola bilər.

“Bu, bəlkə də yeni adla qarşımıza çıxacaq bizim tanıdığımız biri ola bilər,” - o deyib.

2014 və 2017-ci illər arasında İraq və Suriyanın ərazilərini nəzarətdə saxlayan və əksər müsəlmanları dəhşətə gətirən vəhşiliklər həyata keçirən qrup həmçinin sözcü Əbu əl-Həsən əl-Muhajirin də öldüyünü təsdiqləyib.

Bağdadi Suriyanın şimal-qərbində yerləşən İdlibdə öldürülüb.

ABŞ rəsmilərinin verdiyi məlumata görə, Bağdadi özünü və üç övladını tuneldə ABŞ xüsusi təyinatlılarının Suriyada keçirdiyi əməliyyat zamanı partladaraq öldürüb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/mhsfw5

Ən çox baxılan