İrandan Azərbaycana gələn daha 3 nəfərdə koronavirus aşkarlanıb

Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdiriliblər.

Source: ANSA


Virusa yoluxanlardan biri Almaniya vətəndaşıdır

İran İslam Respublikasından Azərbaycana gələn daha üç şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Məlumatı

Nazirlər Kabineti

yanında operativ qərargah yayıb.

Bildirib ki, infeksiya aşkarlanan şəxslərdən biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digər iki nəfər isə 1994 və 1999-cu il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan Azərbaycan vətəndaşlarıdır. Həmin şəxslər xüsusi rejimli xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, hazırda pasiyentlərin vəziyyəti kafidir, hərarətləti normaldır, şikayətləri yoxdur. Onların müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Azərbaycanda ilk koronavirus infeksiyası

fevralın 28-də

qeydə alınıb. Xəstələnən şəxsin Rusiya Federasiyasının vətəndaşı olduğu bildirilirdi. Bir gün sonra daha iki nəfərdə koronavirus aşkarlandı. Elə həmin gün, fevralın 29-da Azərbaycan İran İslam Respubllikası ilə hava və quru sərhədlərini bağlayıb.

Ana səhifəSosialİrandan Azərbaycana gələn daha 3 nəfərdə koronavirus aşkarlanıb