Paşinyan və Ruhani

Mənbə: google.az

Başlıq: Paşinyan və Ruhani

İran prezidenti Ermənistana yaxın əlaqələrin inkişafını təklif edib

Paşinyan: “Bizim mövqeyimiz budur ki, İranla münasibətlərimiz mümkün qədər geosiyasi təsirlərdən kənarda inkişaf etməlidir”

İran prezidenti Həsən Ruhani ölkəsinin qonşu Ermənistanı daha artıq təbii qazla təmin etməyə və Ermənistan-İran münasibətlərini daha da dərinləşdirməyə maraqlı olduğunu qeyd edib, - Azadlıq radiosunun erməni xidməti xəbər verir.

Çərşənbə axşamı Ruhani İrəvana səfər edib. Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın Tehrana qarşı sanksiyalarına baxmayaraq, Ermənistanın İranla sıx əlaqələrə sadiq qaldığını vurğulayıb.

"Bizim mövqeyimiz budur ki, İranla münasibətlərimiz mümkün qədər geosiyasi təsirlərdən kənarda inkişaf etməlidir, çünkü biz qonşuyuq və bir çox ortaq maraqlarımız var və biz önümüzdəki minilliklər boyu əməkdaşlıq etməliyik,"- Paşinyan deyib.

Ruhani Rusiyanın rəhbərlik etdiyi və keçmiş Sovet respublikalarından ibarət ticarət bloku olan Avrasiya İqtisadi Birliyi (EEU) zirvəsində iştirak etmək üçün dünən gecə Ermənistan paytaxtına gəlib. O, Paşinyan ilə Rusiya prezidenti Vladimir Putinin də qatıldığı zirvə toplantısı başlamazdan bir neçə saat əvvəl görüşüb.

"Biz dost və qonşu Ermənistanla bütün sahələrdə əlaqələrin inkişafına və genişlənməsinə böyük əhəmiyyət veririk,"- Ruhani Paşinyanla görüşündə qeyd edib.

"Biz yeni layihələr hazırlamaq və həyata keçirmək, o cümlədən elektrik enerjisi üçün qaz proqramının həcmini genişləndirmək üçün hökumətinizlə işləməyə davam etməyə hazırıq," - o deyib.

Ermənistan hazırda hər il 500 milyon kubmetrədək İran qazı alır və bunun qarşılığını İrana verilən elektrik enerjisi ilə ödəyir. Ruhaninin qeyd etdiyi bu mübadilə planının Ermənistan və İran elektrik şəbəkələrini birləşdirən üçüncü elektrik verilişi xəttinin çəkilməsindən sonra əhəmiyyətli dərəcədə genişləndiriləcəyi bildirilir.

Ruhani fevral ayında Tehranda Paşinyanı qəbul edərkən Ermənistana İran qazının tədarükünü artırmağı təklif etmişdi. Ermənistanın illik qaz idxalı təxminən 2 milyard kubmetr təşkil edir və əsasən Rusiyadan gəlir. Mövcud və keçmiş Ermənistan hökumətinin fikrincə, Rusiya qazı İran qazından daha ucuzdur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/rpx8j3

Ən çox baxılan