İndiyə qədər 2823 hərbçi dəfn olunub

Nazirlik hazırda itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin isə identifikasiyası üzrə işlərin davam etdirildiyini bildirib.

Source: Meydan.TV


30-dan artıq hərbçinin tapılması istiqamətində işlərin aparıldığı bildirilir

Dekabrın 28-dək Azərbyacanda 2823 hərbçi dəfn olunub.

Azərbaycan Müdafiə Nazirliyi onların foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatı

sayt

ında yerləşdirib.

Nazirlik hazırda itkin düşmüş hesab olunan 30-dan artıq hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 50-dən artıq şəxsin isə identifikasiyası üzrə işlərin davam etdirildiyini bildirib.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Ana səhifəSiyasətİndiyə qədər 2823 hərbçi dəfn olunub