İlham Əliyev

Mənbə: arxiv

Başlıq: İlham Əliyev

İlham Əliyev yeni agentlik yaratdı

Minatəmizləmə Agentliyi publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək

Prezident İlham Əliyev Minatəmizləmə Agentliyi yaradılması haqqında fərman imzalayıb.

Yanvarın 15-də imzalanan fərmana əsasən Minatəmizləmə Agentliyi Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statusunda təsis olunub.

Fərmanda qeyd olunub ki, Minatəmizləmə Agentliyi (bundan sonra – Agentlik) Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir: “Agentliyə 3 üzvdən – sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti rəhbərlik edəcək”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/kh6leo

Ən çox baxılan