İlham Əliyev hərbi qulluqçuları təltif etdi

172 hərbçi ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib

Source:


Onlar “Hərbi xidmətlərinə görə” medalı ilə təltif ediliblər

Azərbaycan dövlət başçısı İlham Əliyev dekabrın 30-da bir qrup hərbçinin “Hərbi xidmətlərinə görə” medalı ilə təltif edilməsi haqqında

sərəncam

imzalayıb.

Sərəncamda general-mayorlar Nizami Məmmədovun, Yusif Mirzəyevin, Qədir Nəsibovun adları yer alıb.

Bundan əlavə 24 polkovnik, 105 polkovnik-leytenant və digər yüzlərlə müxtəlif hərbçi medallarla təltif edilib.

172 hərbçi ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Prezident dekabrın 29-da Suqovuşanın, Qubadlının, Şuşanın, Ağdamın, Kəlbəcərin, Laçının azad olunması haqqında medallarının təltif edilməsi

sərəncam

ını imzalayıb.

İlham Əliyev 9, 15,

25 dekabr

tarixlərində

Cəbrayıl

ın, Xocavəndin, Füzulinin və Zəngilanın azad olunması ilə bağlı hərbçi qulluqçuları mükafatlandırmışdı.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Ana səhifəSiyasətİlham Əliyev hərbi qulluqçuları təltif etdi