Prezident yeni sərəncam imzaladı
İyulun 11-də Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib.
2015-ci ildən Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Arıf Qasımov 2011-ci ildə rayonun bələdiyyə sədri olub. O, 2011-2015-ci illərdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
Arif Qasımov 1965-ci ildə Şərur rayonunda doğulub. Azərbaycan Dövlət İqtisad İnstitutunun iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bitirib.
Hələ onun yerinə təyinat olmayıb.