Mənbə: google

Honq Konqda etirazçı polis tərəfindən vurulub

Məqalə yeniləndi:  1 Oktyabr 2019

Əvvəlki etirazlarda insanlar rezin güllə ilə vurulsa da, indi ilk dəfə olaraq odlu silahdan istifadə edilib

Honq Konqda Çin əleyhinə etiraz aksiyalarında iştirak etmiş bir fəalın sinəsindən vurulduğu bildirilir,- BBC xəbər verir.

Hadisə minlərlə insanın Çində kommunist hakimiyyətinin 70 illiyi ilə əlaqədar etirazların qadağan edilməsinə qarşı təşkil edilmiş nümayişlərdə baş verib.

Əvvəlki etirazlarda insanlar rezin güllə ilə vurulsa da, indi ilk dəfə olaraq odlu silahdan istifadə edilib

Dörd aya yaxındır ki, Honq Konqda etiraz aksiyaları davam edir və bu aksiyalar Çin prezidenti Si Tsinpinin (Xi Jinping) milli birlik barədə baxışını təhlükə altına alıb.

Hadisədən öncə bölgədə xüsusi mərasim keçirilib. Mərasimdə Çin bayrağı qaldırılıb. Sərtləşdirilmiş təhlükəsizlik tədbirləri görülüb.

Tədbirə dəvət olunmuş 12,000 qonaq tədbiri konfrans mərkəzinin içindən canlı yayımla izləyib.

Etirazçılar tərəfindən “kədər günü” adlandırılan bu gün insanlar Honq Konqun mərkəzi və digər altı rayonunda küçələrə axışaraq yolları bağlayıblar.

Polis gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıtmağa çalışıb. Toqquşmalar zamanı otuz bir nəfər yaralanıb.

Güllə ilə vurulan etirazçı da daxil olmaqla yaralılardan ikisinin vəziyyəti ağır olaraq qalır.

Nümayişi əks etdirən bir videoda yaralı kişinin yerdə uzandığı göstərilir. “Məni xəstəxanaya göndərin. Sinəm ağrıyır, xəstəxanaya getməliyəm”- deyə, onun səsi eşidilir

Nümayiş iştirakçılarının geri çəkildikləri qeyd edilir. Eyni zamanda bildirilir ki, etirazçılar geri çəkildikcə onlar barrikadalara od vururlar.

Ən azı 15 metro stansiyası və şəhərdəki çox sayda ticarət mərkəzi bağlanıb, ərazidə 6000-ə yaxın polis məmuru yerləşdirilib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  1 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/mkg25l

Ən çox baxılan