Hikmət Hacızadə: Kərəm Həsənovdan soruşmaq lazımdır ki, bacında bu qədər pul hardandır?

Bu məqsədlə Şəfəq İsmiyeva ona müraciət edən Rəna Ağarzayevanın etibarından sui-istifadə edərək 2017-ci ildən 2020-ci ili əvvələrinə kimi ondan 397 min manat pul mənimsəyib

Source: Specify Source


"Falçıya getmək mövhumatın yaratdığı tragikomediyadır”

Son iki gündür ki, sosial şəbəkələrdə və mediada Prezidentin köməkçisi Kərəm Həsənovun bacısı Rəna Ağarzayevanın Nərimanov Rayon Məhkəməsində qaldırdığı iddia müzakirə olunur. Belə ki, Rəna Ağarzayeva Ceyhun Zeynallı tərəfindən aldadıldığını iddia edib və məhkəmə ikinci haqqında 4 aylıq həbs qəti imkan tədbiri seçib.

Ceyhun Zeynallının Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hallarına hüquqi qiymət verilməsini təmin etmə) təqsirləndirildiyi bildirilib. Həmin maddənin 3.2. bəndi isə bu əməlin külli miqdarda ziyan vurmaqla törədilməsi hallarını əhatə edir.

Məhkəmə hökmündə qeyd olunub ki, Rəna Ağarzayevanın iddiası əsasında 201900094 saylı cinayət işin başlanmasının səbəbi ona məxsus 397 min manatın mənimsənilməsidir.

Məhkəməyə göndərilən təqdimatda deyilir ki, Şəfəq İsmiyeva etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə əri Ceyhun Zeynallı ilə cinayət əlaqsəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2017-i ilin əvvələrində “İnstagram” sosial şəbkəsində “baxıcı” adlı səhifə açıb.

O, özünü Maya, əri Ceyhun Zeynallını isə Rusiyada yaşayan Dmitri adlı baxıcı kimi təqdim edib, kart vasitəsilə fala baxdığını və qadınların gələcək taleyi ilə bağlı proqnozlar verə bildiyini söyləməklə ona müraciət edən qadınların etibarını qazanıb.

Bu məqsədlə Şəfəq İsmiyeva ona müraciət edən Rəna Ağarzayevanın etibarından sui-istifadə edərək 2017-ci ildən 2020-ci ili əvvələrinə kimi ondan 397 min manat pul mənimsəyib:

"Başlanan cinayət işi üzrə məhkəməyə göndərilən təqdimata görə, Şəfəq İsmiyeva Rəna Ağarzayevanın qız övladının öləcəyi, bəxtinin bağlanması ilə bağlı cadu ediliyini bildirərək daha yüksək gəlir əldə etmək məqsədi ilə 397 min manatın mənimsəyib".

Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun icraatındadır.

Bu barədə Meydan TV-yə danışan Novruz Kərimov bildirib ki, iş ona yeni daxil olduğundan əhatəli danışa bilməz.

Məlumata görə, Reyhan Ağarzayeva Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısıdır.

150961CA-4F21-4AC3-A020-911EBA319245_w1023_r1_s.jpg
Hikmət Hacızadə

Politoloq Hikmət Hacızadə məmur qohumunun – Prezidentinin köməkçisinin bacısının falçıya yarım milyona yaxın pulun verilməsini “Allah ağıl versin” reaksiyasıyla qarşılayıb: “Təəssüf ki, insanlar rasional düşünmək əvəzinə, belə cəfəng işlərlə məşğuldur. Yaxşı olar ki, hüquq-mühafizə orqanları Prezident köməkçisinin bacısının əlində o qədər vəsaitin necə toplanmasını araşdırsınlar. Soruşmaq lazımdır ki, bu qədər pul hardandır ki, falçıya verirsən? Əslində, bu sualı hakim verməlidir. Bəlkə, falçı inkar edəcək ki, pul almayıb, çünki bunu sübut etmək lazımdır. Rəna Ağarzayeva o qədər pulu notarius vasitəsilə verməyibsə, sübut etmək çətin olacaq. Bunlar mövhumatın yaratdığı tragikomediyadır”.

Hikmət Hacızadə Kərəm Həsənovun da illərdir vəzifədə qaldığını xatırladaraq bildirib ki, onun Prezidentin köməkçisi təyin olunması sual doğurur. Axı illərdir köhnə komandadan istefaya göndərilənlər, həbs olunanlar var, amma nədənsə Kərəm Həsənov toxunulmazdır.

"Nəzərə alın ki, Kərəm Həsənov kiçik vəzifə daşımayıb, ölkənin əmlakına nəzarət edirdi. Soruşmaq lazımdır ki, sənin bacında bu qədər pul hardandır belə axmaq iş üçün xərcləyir. Deməli, onlar üçün yarım milyon az xırda puldur”, – Hikmət Hacızadə bildirib.

Ana səhifəSiyasətHikmət Hacızadə: Kərəm Həsənovdan soruşmaq lazımdır ki, bacında bu qədər pul hardandır?