“Green card” qalibi: “Xəyallar Amerika, həyatlar Azərbaycan”

“Green card” qalibi: “Xəyallar Amerika, həyatlar Azərbaycan”

İş imkanları, təhsil, yüksək həyat şəraiti – Amerika röyası dünyanın bir çox ölkəsindən olan insanları özünə cəlb edir. Hər il ABŞ-da qanuni immiqrantlığı asanlaşdıran “Green Card” lotereyasına milyonlarla insan müraciət edir. Bunlardan cuzi qismi də Azərbaycanın payına düşür.

“Qalibliyim batdı mənim. Artıq getdi, mən imtina aldım”.

Azərbaycan reallığına gəlincə, “Green card” lotereyası minlərlə insanın içindən sənin bəxtinə düşsə də, bu, hələ yuxunun çin çıxması demək deyil. Elə “Green card”a ard-arda müraciət edən 30 yaşlı Rəsul Quliyev kimi. O "Greencard Azerbaijan” şirkəti vasitəsilə lotereyaya müraciət edib qalib gəlsə də, məlumatları yenilənmədiyindən ona viza verilməyib.

Rəsul Quliyev deyir ki, şirkət müraciət edənlərin məlumatlarını doldurur, beləcə təsdiq nömrəsini özündə saxlayır. Şəxs qalib olduqdan sonra təsdiq nömrəsini əldə etmək üçün 800 dollarlıq müqavilə imzalayır. O vizaya müraciət etmək üçün çəkdiyi 1000 dollar xərci indi şirkətdən tələb edir.

Amerika Səfirliyinin konsulu Ceremi Littl lotereyaya müraciətlə məşğul olan təşkilatları bədniyyətli adlandırır.

“Greencard Azerbaijan” şirkətindən isə suallarımızı cavablandıran olmadı.

Rəsul Quliyev Amerika Birləşmiş Ştatlarına gedib vətənində tapmadığı həyatı yaşamaq istəyirdi. Arzusu işləmək, proqram mühəndisliyini öyrənmək idi.

Amerikaya getmək şansını itirən Rəsul Quliyev “Greencard Azerbaijan” şirkətindən hüquq-mühafizə orqanlarına şikayət etməyi düşünür.

Ana səhifəVideo“Green card” qalibi: “Xəyallar Amerika, həyatlar Azərbaycan”