Girovla həbsdən çıxmaq istəyən Eldar Həsənov “yox” cavabı aldı

E.Həsənov istintaq dövründə həbs-qətimkan tədbirinin dəyişdirilərək, girovla əvəzlənməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdi.

Source: google.az


Keçmiş səfirin vəkili istintaq dövründə həbs-qətimkan tədbirinin dəyişdirilərək, girovla əvəzlənməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdi

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənov girov müqabilində həbsdən buraxılmasını istəsə də, rədd cavabı alıb. Onun bu barədə müraciətinə Nəsimi Rayon Məhkəməsində baxılıb.

E.Həsənovun vəkili Adil İsmayılov istintaq dövründə həbs-qətimkan tədbirinin dəyişdirilərək, girovla əvəzlənməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdi.

Vəsatətə sentyabrın 12-də hakim Babək Pənahov baxıb və təmin etməyib.

E.Həsənov avqustun 13-dən həbsdədir. Onun barəsindəki cinayət işi əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində Xarici İşlər Nazirliyinin vəzifəli şəxsləri haqqında cinayət işi çərçivəsində qaldırılsa da, bir müddət sonra ayrılıb. Sabiq səfirin işinin istintaqı Baş Prokurorluğa həvalə olunub. İş artıq prokurorluğa göndərilsə də, E.Həsənov DTX-nın təcridxanasındadır.

“Eldar Həsənovun şəxsi xahişi nəzərə alınaraq o, DTX-nın İstintaq təcridxanasında saxlanılır. Saxlama şəraiti və ona göstərilən münasibətlə bağlı heç bir narazılığı yoxdur”, – vəkili belə deyir.

E.Həsənov 2013- cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri təyin edilib. Bundan əvvəl isə o, 12 il Azərbaycanın Ruminiyada səfiri olub. Diplomatik fəaliyyətdən öncə isə 1995-ci il martin 22-dən 2000-ci il aprelin 21-nə qədər Baş prokuror vəzifəsində çalışıb.

E.Həsənovun həbsindən sonra onun səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb.

E.Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

E.Həsənov özünü təqsirli bilmir.

Girov qətimkan tədbiri qanunvericilikdə nəzərdə tutulsa da, praktikada işlək deyil. Girov qətimkan tədbiri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətdə ittiham olunan şəxslərə münasibətdə tətbiq oluna bilər. Həbsdə olan şəxsin yaxınları müəyyən məbləğdə vəsaiti girov qoyur, onun barəsində həbs-qətimkan tədbiri dəyişdirilir. Əgər şəxs istintaqdan yayınmazsa, istintaq və ya məhkəmə onun haqqında yekun qərarı verənə qədər bütün çağırışlara vaxtında gələrsə, sonda həmin məbləğ geri qaytarılır.

Ana səhifəSiyasətGirovla həbsdən çıxmaq istəyən Eldar Həsənov “yox” cavabı aldı