“Gəncə işi” nə görə həbs edilən şəxs həbsxanada vəfat edib

Məhkəmədə M.Qurbanov özünü təqsirli bilmədiyini, Y.Səfərovu ümumiyyətlə tanımadığını, bu haqda ittihamların da əsassız olduğunu bildirmişdi.

Source: Specify Source


“Günahsız bir adamı tutub həbsxanaya salanda buna ürəyi davam gətirə bilərdi?”

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə görə həbs olunanlardan Müşfiq Qurbanov noyabarın 30-da gecə saatlarında təcridxanada vəfat edib. Bu barədə Meydan TV-yə məlumat verən yaxınlarının sözlərinə görə, onlara M.Qurbanovun ürək tutmasından vəfat etdiyi bildirilib: “Deyirlər ki, infarkt keçirib, həyatını xilas etməyə çalışsalar da, mümkün olmayıb. Günahsız bir adamı tutub həbsxanaya salanda buna ürəyi davam gətirə bilərdi?”

Penitensiar Xidmətdən məhkumun ürək tutmasından vəfat etdiyi təsdiqlənib.

M.Qurbanov icra başçısına qarşı sui-qəsddə suçlanan Yunis Səfərov və digərləri ilə əlbirlikdə ittiham olunsa da, onun işinə ayrıca baxılırdı. O, 2018-ci ilin oktyabrında Moskvada tutulsa da, uzun müddət Rusiya məhkəməsi onun Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi barədə qərar çıxarmadı. 2020-ci ilin yanvarında o, Bakıya gətirildi.

M.Qurbanov Moskvada saxlanılıb, 2020-ci ilin yanvarında Bakıya gətirilən Yusif Sadıxovla birlikdə məhkəmə qarşısına çıxarılmışdı. Onların işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırov baxırdı.

Məhkəmədə M.Qurbanov özünü təqsirli bilmədiyini, Y.Səfərovu ümumiyyətlə tanımadığını, bu haqda ittihamların da əsassız olduğunu bildirmişdi.

M.Qurbanovun anası Anisə Qurbanova Meydan TV-yə bildirmişdi ki, oğlu icra başçısına qarşı sui-qəsd olayından ilyarım öncə Gəncədən çıxıb və qazanc arxasınca Moskvaya gedib: “Gəncədə o hadisələr olmamışdan ilyarım əvvəl çıxan adamı şərləyib tutublar. Bu, nə məntiqə sığır, nə qanuna. Onsuz da xəstə idi. Həbsdə olduğu müddətdə sanki lap insanlıqdan çıxıb. İnsana belə zülm eləməzlər axı.

Özü xəstə adamdı, iki balaca övladı da var. Gördük ki, dolanışıq mümkün deyil, 2016-cı ildə Moskvaya getdi ki, bəlkə nəsə iş tapa bildi. Üç ay qalmağa icazə vardı, o müddətdə işə düzələ bilmədi, vaxt da bitdi, qayıtdılar. Bir də 2017-ci il fevralın 17-də ailəvi getdilər”.

42 yaşlı M.Qurbanova qarşı mütəşəkkil dəstənin tərkibində qəsdən adam öldürməyə cəhd, terrorçuluq, qanunsuz silah saxlama, dini zəmində nifaq salma, ölkənin konstitusiya quruluşunu dəyişməyə cəhd və s. ittihamlar irəli sürülmüşdü.

Ana səhifəSiyasət“Gəncə işi” nə görə həbs edilən şəxs həbsxanada vəfat edib