Əsir erməni haqda həbs qərarı çıxarıldı: azərbaycanlılara işgəncə verməkdə ittiham olunur

Cinayət Məcəlləsinin 113-cü maddəsində 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub

Source: google.az


51 yaşlı Mkrtçyanın istintaq dövründə həbsdə saxlanması üçün prokurorluq məhkəməyə təqdimat verib

Qarabağ döyüşlərində əsir düşən ermənilərdən Mkrtçyan Lüdviq Mkrtçoviç barəsində Azərbaycanda cinayət işi başlanıb. Bu barədə Meydan TV-yə prokurorluqdan verilən məlumatda bildirilir ki, araşdırmalar zamanı Lüdviq Mkrtcyanın bundan əvvəl əsir düşmüş azərbaycanlılara işgəncə verdiyi müəyyənləşdirilib. Ona görə də barəsində Hərbi Prokurorluqda cinayət işi başlanıb, ona qarşı Cinayət Məcəlləsinin 113-cü (tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə) maddəsilə ittiham irəli sürülüb.

51 yaşlı Mkrtçyanın istintaq dövründə həbsdə saxlanması üçün prokurorluq məhkəməyə təqdimat verib. Təqdimata dekabrın 22-də günorta saat 2 radələrində Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyev baxıb. Hakim təqdimatı təmin edib və Lüdviq Mkrtçyanın barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Qapalı keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün də iştirak etdiyi bildirilir. Lakin onun ittiham üzrə özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

Cinayət Məcəlləsinin 113-cü maddəsində 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ana səhifəSiyasətƏsir erməni haqda həbs qərarı çıxarıldı: azərbaycanlılara işgəncə verməkdə ittiham olunur