Ermənistan KİV: Şirak vilayətindən Qarabağa göndərilən 100 nəfər silahlı əsir götürülüb

“Əksinə, Rusiya hərbçiləri erməni silahlı dəstələrini müdafiə edirlər”.

Source: google.az


Fuad Ağayev: "Rusiya və Ermənistan öz öhdəliklərini yerinə yetirmək niyyətində deyil"

Dekabrın 16-da Yerevan KİV bildirib ki, Şirak vilayətindən Qarabağa göndərilən 100 nəfər silahlı şəxs əsir götürülüb.

Onlar əsasən icmaların rəhbərləri, onların müavinləri və məktəb direktorlarıdır.

Onların çəkdikləri fotolardan göründüyü kimi, bu könüllülər Azərbaycan ordusuna müqavimət göstərməyə qadir deyil, lakin digər hərbçilərin olmamasına görə Ermənistan noyabrın 29-da onları müharibənin davam etdirilməsi üçün Azərbaycana göndərib. Amma döyüşməyə macal tapmamış mühasirəyə alınıblar.

Azərbaycan hərbçiləri könüllü təslim olan 30-dan çox yaraqlını Rusiya sülhməramlılarına təhvil veriblər. Qalan 62 döyüşçünü tərksilah edib Bakıya göndəriblər.

Bu məlumatı "Turan" İA Ermənistan informasiya mənbələrinə istinadən yayıb.

Məlumatda Şirak vilayəti, Amasiya rayonunun Mehraşat yaşayış məntəqəsinin administrasiya rəhbəri Vaqram Saqatelyanın açıqlaması yer alıb.

Vaqram Saqatelyan bildirib ki, dekabrın 2-də onlar artıq postda durublar.

"Mövqelərlə tanış etdilər, bundan sonra heç kim, hətta komandanlıq da bizimlə maraqlanmadı, bilmirdilər ki, bizim sağıq, başımıza bir iş gəlib, ya yox. Ancaq 4 gündən bir yemək göndərirdilər. 10-cu və ya 12-ci gün biz öyrəndik ki, mühasirəyə düşmüşük", – Saqatelyan deyib.

Onlar Ermənistanda, öz evlərindədir, xoş məram əlaməti olaraq və qəbul edilmiş "hamının (əsirlərin) hamıya" formulu çərçivəsində Azərbaycan tərəfi onları təhvil verib. Beləliklə, Ermənistanla Azərbaycan arasında yalnız bir dəhliz – "Laçın" dəhlizi fəaliyyət göstərdiyi üçün məlum olur ki, yaraqlılar ölkəmizə Laçın şossesi ilə daxil olublar, burada avtomobil nəqliyyatı sərnişinləri Rusiya "sülhməramlıları" tərəfindən yoxlanılır. KİV və sosial şəbəkələrdə erməni müəlliflər yazırlar ki, yoxlama simvolikdir, əsgərlərə "necəsiniz, hara gedirsiniz" kimi suallar verilir. Nadir hallarda baqajda silah axtarılır. Amma yaraqlıların Ermənistandan Qarabağa silahla və hərbi formada getməsinə gərək yox, yerində hər şey var.

"Turan" İA 10 noyabr üçtərəfli bəyanatdan misal çəkir: “Dördüncü bənddə deyilir: Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan Silahlı Qüvvələrinin çıxarılması ilə paralel yerləşdirilir. Səkkizinci bənddə deyilir: hərbi əsirlərin və saxlanılan digər şəxslərin, həlak olanların cəsədlərinin mübadiləsi aparılır. Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin bir hissəsinin Azərbaycanın işğal olunmuş rayonlarından çıxması ilə yanaşı, Qarabağa silahlı adamların yeni partiyasının göndərilməsi həyata keçirilir. Əsirlərin dəyişdirilməsi haqqında bənddə isə müvəqqəti məhdudiyyətlər nəzərdə tutulmayıb”.

sayt-cover (2).png
Fuad Ağayev

Vəkil Fuad Ağayev yaranmış mənzərə haqda “Facebook” səhifəsində yazıb ki, Ermənistan ordusu bundan sonra da Qarabağ ermənilərinin fiziki təhlükəsizliyini təmin edəcək, bunun qarantı isə Rusiya Federasiyasının hərbi kontingenti olaraq qalır: “Qarabağ ermənilərinin rəhbəri Araikin və "sülhməramlılar”ın çıxışlarından məlum olur ki, dördüncü bənd yerinə yetirilmir. Rusiya və Ermənistan öz öhdəliklərini yerinə yetirmək niyyətində deyil. Əksinə, Rusiya hərbçiləri erməni silahlı dəstələrini müdafiə edirlər”.

Fuad Ağayev bildirib ki, silahlı ermənilərin Azərbaycana soxulmasına görə məsuliyyət Azərbaycanla Ermənistan arasında Laçın yolunda nəzarəti həyata keçirən Rusiya sülhməramlılarının üzərinə düşür: “Üçtərəfli bəyanatın elan edilməsindən və qüvvəyə minməsindən sonra erməni yaraqlıların Azərbaycan ərazisinə keçməsi və bu dəstələrin Azərbaycan ordusu ilə döyüşə girmək cəhdi o deməkdir ki, onlar kombatantlar deyil. Çünki hətta Ermənistan dövlətinin nöqteyi-nəzərindən sülh dövründə aşkarlanıb zərərsizləşdiriliblər. Ona görə də bəyanatın səkkizinci bəndi onlara şamil edilmir, onları Azərbaycan Cinayət Məcəlləsinə uyğun mühakimə etmək lazımdır".

F.Ağayev hesab edir ki, Bakı Ermənistanın göndərdiyi yaraqlıları ona qaytarmamalıdır.

Sentyabrın 27-də Ermənistan və Azərbaycan Ordusu arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Ana səhifəSiyasətErmənistan KİV: Şirak vilayətindən Qarabağa göndərilən 100 nəfər silahlı əsir götürülüb