“Əliyev istefa versə, Mehriban Əliyeva öz tərəfdarlarından ibarət hakimiyyətə rəhbərlik edəcək”

Qeyd olunur ki, 2017-ci ildə birinci vitse-prezident postunun təsis edilməsi “Paşayev klanı” adlanan ailə şəbəkəsini gücləndirib.

Source:


“Freedom House” illik hesabat yayıb

Azərbaycan 1,4 balla “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatının dünyada insan hüquqlarının vəziyyəti barədə illik reytinqində avtoritar ölkələr qrupuna daxil edilib.

“Turan” İnformasiya Agentliyinin məlumatına görə, “Demokratiya və azadlığın genişləndirilməsi: Keçid dövrünün dövlətləri” adlı araşdırma 29 ölkəni əhatə edir.

Hesabatda qeyd edilib ki, Azərbaycan, Tacikistan və Türkmənistan prezidentləri öz qohumlarını məsul postlara təyin edərək hakimiyyətin sülalə şəklində ötürülməsi üçün zəmin yaradır.

“Hakimiyyətin ailə daxilində ötürülməsinə hazırlığın əlamətləri görünür. Son illər Əliyev hakimiyyətin ali eşelonlarında əsasən həyat yoldaşının xeyrinə dəyişikliklər həyata keçirir”, – araşdırmada deyilir.

2461334.jpg
“Freedom House”

Qeyd olunur ki, 2017-ci ildə Birinci vitse-prezident postunun təsis edilməsi “Paşayev klanı” adlanan ailə şəbəkəsini gücləndirib.

“İqtisadiyyatın yavaşlaması və klan siyasətinin güclənməsi fonunda ictimai dəstəyi itirən Əliyev “köhnə qvardiya”nın məmurlarını uzaqlaşdıraraq elitadaxili birlik ehtimalını azaltmağa çalışır. Kənarlaşdırılan şəxslər Əliyevin həyat yoldaşına qarşı çıxıblar və ya ən azı ona loyal olmayıblar. Əgər gələcəkdə Əliyev istefa verərsə, Mehriban Əliyeva öz tərəfdarlarından ibarət hakimiyyətə rəhbərlik edəcək”, – hesabatda deyilir.

Azərbaycan hakimiyyəti hələlik bu hesabatı şərh etməyib.

Ana səhifəSiyasət“Əliyev istefa versə, Mehriban Əliyeva öz tərəfdarlarından ibarət hakimiyyətə rəhbərlik edəcək”