Aksiya keçirilən ərazi

Mənbə: Meydan TV

Başlıq: Aksiya keçirilən ərazi

Əfqan Muxtarlı: Tofiq Yaqubluya nəsə olsa, İlham Əliyev cavabdehdir

Məqalə yeniləndi:  15 Sentyabr 2020

Samir Aşurov: "Tələbim onun dərhal azad olunmasıdır”

Berlində yaşayan jurnalist Əfqan Muxtarlı və siyasi mühacir Samir Aşurov aclıq aksiyası keçirir.

Onlar bununla həbsdə olan və həbsinə etiraz olaraq aclıq aksiyası keçirən müxalifətçi Tofiq Yaqubluya dəstək nümayiş etdirdiklərini deyirlər.

Mühacirlər Almaniya kansleri Angela Merkelin ofisinin önündə, çadırda keçirdikləri aksiyaya 9 gün öncə başlayıblar.

Aksiyaları ilə bağlı Meydan.Tv-yə danışan Əfqan Muxtarlı deyir ki, bu, Angela Merkelin ofisinin önündə keçirilən ilk uzunmüddətli aksiyadır.

Jurnalist əlavə edib ki, Prezident İlham Əliyev tezliklə Tofiq Yaqublunu azad etməlidir, əks halda, ona nəsə olsa, ölümündən birbaşa o, cavabdeh olacaq:

“Biz aksiyanı davam edəcəyik. Bu gün alman polisinə vaxtı uzatmaq üçün müraciət də etmişik. Bu yoldan dönmək fikrimiz yoxdur. Qızı Nigar Həzinin atasının durumu ilə bağlı açıqlamalarını ürək ağrısı ilə izləyirik. Düşünürük ki, bu məsələ elə bu gün həll olunmalıdır. Hakimiyyət dünya ictimaiyyətinin tələblərinə əməl edərək Tofiq bəyi azad etməlidir”.

Əfqan Muxtarlı hələlik səhhətlərinin normal olduğunu bildirib.

Siyasi mühacir Samir Aşurov da aksiyaya sonacan davam edəcəyini deyib.

Aksiya keçirilən ərazi

Aksiya keçirilən ərazi

Mənbə: Meydan.TV

O, Tofiq Yaqublunun sistem qəbulundan imtina etməsinə görə narahat olduğunu bildirib: “Bu o deməkdir ki, həyatı ciddi təhlükədədir. Tələbim onun dərhal azad olunmasıdır”.

Tofiq Yaqubluya dəstək məqsədilə Müsavat Partiyasının qərargahında da aclıq aksiyası keçirilir.

Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu bu il martın 22-də tutulub.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında Tofiq Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun (zərərçəkən kimi tanınıb) idarə etdiyi "VAZ-2107" ilə toqquşub:

"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

Tofiq Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub.

Siyasətçi isə özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə Tofiq Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.

Tofiq Yaqublu elə həmin gün həbsinə etiraz olaraq (sentyabrın 2-dən) aclıq aksiyası keçirdiyini bəyan edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  15 Sentyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/16ktrm

Ən çox baxılan