Dmitri Medvedyev: Qarabağın statusu barədə məsələni müzakirə etmək çox tezdir

“Çünki bu məsələ ətrafında gedən istənilən diskussiya böyük gərginliyə səbəb olur”, – o, Rusiya KİV-nə müsahibəsində deyib.

Source: https://www.britannica.com/


Rusiya Təhlükəsizlik Şurasının başçısının müavini bəyan edib ki, bu mövzu ətrafında gedən istənilən diskussiya böyük gərginliyə səbəb olur

“Hazırda Dağlıq Qarabağın statusu barədə məsələni müzakirə etmək olmaz, bu mövzu ətrafında gedən istənilən diskussiya böyük gərginliyə səbəb olur”, – Rusiyanın Təhlükəsizlik Şurasının başçısının müavini Dmitri Medvedyev bəyan edib.

“Bu gün hər kəsə gün kimi aydındır ki, status (Qarabağın) barədə məsələ həqiqətən də çözülməyib, lakin onu müzakirə etmək olmaz. Çünki bu məsələ ətrafında gedən istənilən diskussiya böyük gərginliyə səbəb olur”, – o, Rusiya KİV-nə müsahibəsində deyib.

TASS-ın məlumatına görə, Medvedyev həmçinin qeyd edib ki, münaqişə tərəflərinin bu məsələdə mövqeləri çox fərqlənir:

“Hətta Ermənistanın daxilində belə diskussiyalar gedir. Mənsə xatırladım ki, Ermənistan halbuki Qarabağın müstəqilliyini tanımayıb. Bunu nədənsə unudurlar, gerçəkdə isə məhz belədir. Odur ki, status barədə məsələ yaxşısı budur gələcək dövrə qalsın”.

Ana səhifəDünyaDmitri Medvedyev: Qarabağın statusu barədə məsələni müzakirə etmək çox tezdir