Mənbə: Meydan.TV

“Direktor müavininə deyirəm, uşağımı vururlar, deyir o da vursun”

“Direktor müavininə deyirəm, uşağımı vururlar, deyir o da vursun”

Qaradağ rayonu 321 nömrəli məktəbin şagirdi hər gün dərsdən evə gələndə məktəb yoldaşlarının təhqiri ilə üzləşir. Uşağın valideyni Əlif Baxşəliyev deyir ki, oğlunu dərsdən özü götürməsə, yolda məktəb yoldaşları qarşısını kəsirlər.

Ə. Baxşəliyev deyir ki, qonşusunun artırması onun ərazisinə keçdiyindən mübahisə düşüb və polis həmin artırmanın sökülməsi ilə bağlı qərar verib. Bu hadisədən sonra qonşusunun oğlu Əlif Baxşəliyevin oğlunu məktəbdə gözümçıxdıya salır.

Əlif Baxşəliyev deyir ki, oğlunun nitqində problemlər vardı deyə məktəbə 10 yaşında göndərib. O, 3 il əvvəl oğlunun məktəbdə döyüldüyünü deyir. Bunun nəticəsində uşaq baş-beyin silkələməsi diaqnozu ilə müalicə alıb. Ə. Baxşəliyev deyir ki, baş verənlərlə bağlı məktəbin direktoru Ceyran Bayarmovaya müraciət etsə də, problem həll olunmayıb.

321 nömrəli məktəbin mühafizəçisi deyir ki, direktorun təzyiqi qalxdığından işdən tez çıxıb. Bakı Təhsil İdarəsinin mətbuat xidməti sorğumuza cavabında qeyd edib ki, 25 sentyabrda Əlif Baxşəliyevin oğlu ilə ondan iki sinif yuxarı oxuyan şagird arasında evlərinin yaxınlığında mübahisə düşüb. Mübahisəyə hər iki uşağın valideynləri də qoşulub və məsələ polisdə yekunlaşıb.  Mətbuat xidməti bildirir ki, məktəb rəhbərliyi şagirdlər və onların valideynləri ilə də  söhbət aparıb. Əlif Baxşəliyevin oğlu nitq qüsurlu olsa da, heç bir şagird onun xətrinə dəymir. Əksinə həmin şagirdə həssas yanaşılır- mətbuat xidməti deyir.

O isə gələcəkdə polis olmaq, cinayətkarlıqla mübarizə aparmaq istəyir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4k8rar

Ən çox baxılan