Devrilmiş prezident Hüsnü Mübarək vəfat edib

O, 2017-ci ilin mart ayının 24-də sərbəst buraxılıb və o vaxtdan etibarən Heliopolisin zəngin məhəlləsində malikanəsində yaşayırdı.

Source: Foto: google.ru


Onun ölümü dövlət televiziyası ilə təsdiqlənib

2011-ci ildə xalq inqilabından sonra istefa verən Misirin eks-prezidenti Hüsnü Mübarək 91 yaşında vəfat edib, “Aljazeera” xəbər verir.

Misirin dördüncü prezidenti olmuş Mübarək 1981-ci ildən “ərəb baharı” inqilabınadək 30 il ölkəni idarə edib. Avtokratik liderin hakimiyyəti tarixə xalq etirazları ilə qovuşub.

Çərşənbə axşamı vəfat edən Mübarək geridə mürəkkəb irs qoyub. Mübarəkin hakimiyyəti korrupsiya, polis vəhşiliyi, siyasi repressiya və iqtisadi problemlərlə yadda qalacaq, – Qərb mediası vurğulayır.

Onun ölümü dövlət televiziyası ilə təsdiqlənib.

Mübarək ömrünün son illərini Qahirənin cənubunda Maadi Hərbi Hospitalında, Nil çayına baxan bir otaqda nəzarət altında keçirib. Bu illər ərzində o, korrupsiya və adam öldürməkdə ittiham edilib. O, 2017-ci ilin mart ayının 24-də sərbəst buraxılıb və o vaxtdan etibarən Heliopolisin zəngin məhəlləsində malikanəsində yaşayırdı.

Keçən ilin oktyabr ayında “YouTube”-da 1973-cü ildə Misirin hava qüvvələrinə komandanlıq etdiyi zaman Misir-İsrail müharibəsi ilə bağlı xatirələrini bölüşdüyü video yayınlamışdı. Bu, onun 2011-ci ildə “ərəb baharı”ndan, yəni hakimiyyətdən gedişindən sonra ilk dəfə kamera qarşısına çıxışı idi.

“Mübarək yenilməz idi”, – “The New York Times” yazır: “Müasir Misir dövlətinin qurucusu Məhəmməd Əli Paşadan sonra uzun müddət hakimiyyətdə olmuş Mübarək bir sıra sui-qəsdlərdən qurtulmuş, İslam fundamentalistləri tərəfindən başladılmış terror dalğasını basdırmış və hətta yaşının ağırlığına qarşı çıxa bilmişdi.

Lakin onun güc və hakimiyyət anlayışı kövrək və köhnə olub, silahlı idarəetmə, kroniizm (bilik və bacarıqlarına məhəl qoymadan dost-tanışları vəzifəyə təyinetmə) və Qərblə ittifaq üzərində qurulu idi. Nəticədə, ərəb dünyasındakı xalq iğtişaşlarının şok dalğasını – demokratiya, qanunun aliliyi və korrupsiyaya son qoyulmasını tələb edən “ərəb baharı adlandırılan xalq etirazlarını gündəmə gətirdi”.

2011 ci il fevral ayının 11-də 18 günlük etirazlardan sonra Mübarək hakimiyyətdən getməli olub. Müasir dövrün fironu olaraq xarakterizə edilən Mübarək küçələrə axışan Misir xalqının tələbi ilə istefa verib.

Ana səhifəDünyaDevrilmiş prezident Hüsnü Mübarək vəfat edib