Dağıstanla sərhəd

Mənbə: Meydan TV

Başlıq: Dağıstanla sərhəd

Dağıstandan Azərbaycana daha 250 nəfər buraxılıb

“Çadır düşərgəsində 250 Azərbaycan vətəndaşı qalır”

Dağıstanın Kullar qəsəbəsi yaxınlığında yaradılmış çadır düşərgəsində olan azərbaycanlılardan daha 250 nəfər iyunun 30-da ölkəyə buraxılıb.

“Turan” İnfromasiya Agentliyinin məlumatına görə, hazırda Dağıstanda 250 nəfər Azərbaycan vətəndaşı buraxılış gözləyir.

Dağıstan rəhbəri Vladimir Vasilyev və Rusiya prezidenti Vladimir Putin arasında videokonfrans zamanı bildirilib ki, Rusiya höküməti Dağıstan-Azərbaycan sərhəddində səhra düşərgəsini daha bir ay saxlayacaq.

Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyev də Dağıstandan vətəndaşların böyük bir qrupunun keçdiyini təsdiqləyib.

Koronavirus pandeimyası ilə əlaqədar Azərbaycanla Rusiya arasında sərhəd bağlandıqdan sonra yüzlərlə Azərbaycan vətəndaşı Kullar qəsəbəsində ölkəyə buraxılmaq üçün toplaşmışdı. Şəraitsizlikdən əziyyət çəkən Azərbaycan vətəndaşları vətənə buraxılmalarını tələb edirdilər. İlk mərhələdə azərbaycanlılar 100-120 nəfərlik qruplarla iki həftədən bir Azərbaycana buraxılırdılar. Yaranmış vəziyyətdən narazı qalan vətəndaşlar iyunun 15-də axşam saatlarında etiraz aksiyası keçiriblər. Aksiya Rusiya OMON-u tərəfindən dağıdılıb.

Aksiyada xəsarət alanlar olub. 70-dən çox insan saxlanılsa da, 10 nəfər haqqında cinayət işi qaldırılıb, 80-ə yaxın Azərbaycan vətəndaşı qısamüddətli inzibati saxlanmalara məhkum edilib ki, onların da çoxu artıq müddət bitdiyinə görə azad edilib.

Müstəqil KİV-in qiymətləndirmələrinə görə, etiraz aksiyalarında iştirak etmiş 400 Azərbaycan vətəndaşının təxminən yarısı etirazçıların dağıdılması zamanı polis zorakılığı ilə üzləşib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ue2n70

Ən çox baxılan