Çirkli pullar necə yuyulur? – cavab veririk #11

İlk dəfə amerikalı qanqaster Al Kaponenin reallaşdırdığı “çirkli pul yumaq” nədir? Bu proses necə həyata keçirilir? Ümumiyyətlə pul necə çirklənir və niyə yuyulur? Dövlət bununla necə mübarizə aparır? Bu yazımızda yuxarıdakı suallara cavab verməyə çalışacağıq.

Source:



İlk dəfə amerikalı qanqaster Al Kaponenin reallaşdırdığı “çirkli pul yumaq” nədir?  Bu proses necə həyata keçirilir? Ümumiyyətlə pul necə çirklənir və niyə yuyulur? Dövlət bununla necə mübarizə aparır? Bu yazımızda yuxarıdakı suallara cavab verməyə çalışacağıq.


Pul necə çirklənir?


80S GIF – Find & Share on GIPHY

Çirkli pul dedikdə qeyri-qanuni yolla əldə edilən gəlir nəzərdə tutulur. Bu prosesin nəticəsində cinayət yolu ilə əldə olunan gəlir qanuni vəsait kimi görünür. “Çirkli pul”  termini dünya leksikonuna ilk dəfə 1973-cü ildə “Uoterqeyt qalmaqalı”ndan sonra daxil olub. Çirkli pulların yuyulmasını isə ilk dəfə amerikalı qanqaster Al Kapone reallaşdırıb. Belə ki, o, qeyri-leqal yolla qazandığı pulları çoxlu sayda camaşırxana açaraq “yuyub” və bu gəliri həmin camaşırxanalardan əldə olunmuş kimi göstərib.


Pul necə yuyulur?


Money GIF – Find & Share on GIPHY

Çirkli pulların yuyulmasının əsas səbəbi, kobud desək, banklardır. Belə ki, banklar kimliyindən asılı olmayaraq hesabına külli miqdarda pul qoyan şəxsdən həmin gəlirin mənbəyi haqqında məlumat tələb edir. Məsələn, narkotik alverindən 1 milyon dollar əldə etmiş adam bu pulu banka qoymaq istəsə, ondan həmin vəsait barədə məlumat istəniləcək. Buna görə də həmin 1 milyon dolları yumaq lazım gəlir. Çirkli pullar bir neçə vasitə ilə yuyulur. Bunlardan biri də qanuni, lakin saxta şirkət yaratmaqdır. Həmin şirkətin gəlirini yüksək məbləğdə təqdim edib, lazımi vergini ödəməklə əldə olunmuş qeyri-qanuni gəlir leqallaşmış olur. Bir neçə saxta şirkət yaradıb, onlar arasında alver müqavilələri imzalamaqla da pulların mənbəyi gizlədilə bilər. Bundan başqa, qiymətli kağızlar, daşınmaz əmlak, qiymətli daşların alınması, qumarxana açmaq, at yarışları təşkil etmək, qiymətli sənət əsərəri almaq və ya hədiyyə etmək də çirkli pulların yuyulma vasitələrindən sayılır. Ən çox yayılmış üsul isə ofşor şirkətlər vasitəsilə pulları yumaqdır. Məlumat üçün bildirək ki, bir müddət əvvəl yayılmış “

Panama sənədləri

”ndə də bir çox ölkə və hökumət başçısının ofşor zonalarda şirkət yaratmaq ittihamında adı hallanıb. Onlar arasında

Azərbaycan prezidenti İlham Əliyev və ailəsinin də adı var.


Çirkli pulların yuyulması ilə necə mübarizə aparılır?




Animated GIF – Find & Share on GIPHY

Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi – MONEYVAL 1997-ci ildə yaradılıb. Qurumun əsas məqsədi üzv dövlətlərin pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə effektiv sistemlər hazırlamasını və bu sahədə müvafiq beynəlxalq standartlara cavab verməsini təmin etməkdir.  MONEYVAL-ın 28 daimi və 2 müvəqqəti üzvü var.

MONEYVAL pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin metod və üsullarının, tendensiyalarının tipoloji araşdırmasını da həyata keçirir.

Dünyada çirkli pullara əsasən Cənubi Amerika, Orta Şərq və Uzaq Şərq ölkələrində rast gəlinir. Amma digər ölkələrdə də vəziyyət fərqli deyil. Məsələn, Amerika Birləşmiş Ştatlarında hər il  bank sisteminə rəsmi yolla daxil olan pulların 10%-i çirkli puldur. Ekspertlərin sözlərinə görə, çirkli pulların yuyulmasına qarşı mübarizə güclənməzsə, 2020-ci ildə ABŞ prezidentini mafiya başçıları seçəcək.


Azərbaycanda bu sahədə vəziyyət necədir?


Money GIF – Find & Share on GIPHY

Azərbaycan 2001-ci ilin yanvar ayında Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul edilib,  2002-ci ildən etibarən isə MONEYVAL-da təmsil olunmağa başlayıb.  Azərbaycanda PL/TMM sahəsində mövcud vəziyyətlə bağlı MONEYVAL-ın ilk qiymətləndirmə hesabatı 2004-cü ildə qəbul edilib. Növbəti hesabat isə 2008-ci ildə hazırlanıb. Bu hesabatlarda Azərbaycanda PL/TM ilə effektiv mübarizə sisteminin formalaşdırılması baxımından təklif və tövsiyələr irəli sürülüb.

Sonuncu dəfə isə 2014-cü ilin fevralında dördüncü raund çərçivəsində MONEYVAL-ın xüsusi missiyası Azərbaycana gəlib və sentyabrda Strasburqda hesabat layihəsinin ilkin ikitərəfli müzakirəsi keçirilib. Həmin hesabatda Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi və cinayət yolu ilə əldə olunmuş çirkli pulların yuyulması sahəsində sistemin effektiv olmaması vurğulanıb və ölkədə xüsusi monitorinqin bərpası təklifi ilə çıxış ediblər.

Hüquqşünaslar isə hesab edir ki, Azərbaycanda çirkli pulların yuyulmasına nəzarət sistemi yaxşı vəziyyətdə deyil.

Çirkli pullara qarşı mübarizəni 7 ildir ki, Mərkəzi Bankın yanında Maliyyə Monitorinqi Xidməti (MMX) həyata keçirir.


Çirkli pul yumağa görə cinayət məsuliyyəti nədir?


Money laundering done the right way

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-cü maddəsinə görə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmaya görə, şəxsi 2 min manatdan 5 min manata qədər cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bu əməl təkrar törədilərsə, yaxud bunu hər hansı şəxs öz qulluq mövqeyindən istifadə etməklə törədərsə, onda onu 5 ildən 8 ilə qədər həbs gözləyir.

Çirkli pulların yuyulması cinayətini mütəşəkkil dəstə və ya cinayətkar birlik törədərsə, bundan başqa, yuyulan pul külli miqdarda olarsa, həmin şəxslər 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandrılır.

Qeyd edək ki, külli miqdar dedikdə 45 min manatdan artıq olan məbləğ nəzərdə tutulur.

Ana səhifəXəbərlərÇirkli pullar necə yuyulur? – cavab veririk #11