İlkin Rüstəmzadə

Mənbə: Foto: Meydan TV

Başlıq: İlkin Rüstəmzadə

Çin dünyanı aldadırmı?

Məqalə yeniləndi:  22 Mart 2020

Vuhanda nələr baş verib?

Çindən totalitar rejimin gizlətdiyi çox dəhşətli xəbərlərin ayaq səsləri gəlməkdədir. Araşdırmaçı jurnalist Cennifer Jeng məlumat yayıb ki, Çinin aparıcı mobil rabitə şirkətləri ("China Unicom"-u çıxmaq şərtilə) fevral ayında üst-üstə 16 milyon abunəçi itirib. Statistikaya görə, 8 milyon nəfər 4G-dən 5G-yə keçid edib (yeni nömrə). Bəs qalan 8 milyon hanı? Bunların kooperativ abunəlikləri ləğv edən şirkətlərin hesabına azaldığını düşünmək olar, lakin başqa bir fakt daha var.

Kabel televiziyası və internet şirkətlərinin itirdiyi abunəçi sayı 14 milyondur (çinli abunəçilərin 70%-nin kabel tv və interneti eyni provayderdən aldıqlarını nəzərə alsaq, təxminən, 8 milyon abunəçi). Çinin Vuhan (Wuhan) şəhərinin ötən ay peykdən çəkilmiş atmosfer tullantıları görüntüləri yayılmışdı və bu qısa müddətdə dünya mediasında Vuhanda böyük krematoriyaların olması iddialarına səbəb olmuşdu. İddia olunurdu ki, havaya buraxılan SO2 (kükürd dioksid) qazının miqdarı olduqca böyükdür. Bəzi fakt yoxlama servisləri sadəcə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) quru statistikasına, biri isə SO2 tullantılarının peyklə şəklinin çəkilməsinin mümkün olmadığına dair təkzib materialları paylaşsa da, heç nəyin olmaması heç də inandırıcı gəlmir. Çinli rəsmilər isə həmişəki kimi, təkzib etmişdilər. Bütün hallarda, yanğından əmələ gələn şiddətli hava kirliliyini sübut edən peyk görüntüsü var.

Şübhələnməyə ciddi əsaslar var ki, Çin hökuməti statistikanı meqa ölçülərdə kiçildib.

Şəkildən görünür ki, Vuhan şəhərində böyük miqdarda nəsə (qoy lap fakt yoxlama servisləri deyən kimi orqanik maddə-SO2 əmələ gətirən- olmasın) yandırılıb. Amma hətta bu şəkillər olmasaydı belə, Çin kimi əhalinin bir-birilə ağız-ağıza yaşadığı bir ölkədə virusa yoluxanların sayının bu qədər az olması inandırıcı deyil.

Gözümüzdən qaçan faktları tuta bilmək üçün xronoloji ardıcıllığa baxaq:

2019-cu il 20 dekabrda Huanan dəniz məhsulları mağazasından 7 yeni SARS virusu (koronavirusun başqa növü) müraciəti oftalmoloq-doktor Li Venlianın işlədiyi xəstəxanaya daxil olur. Xəstəxana SARS virusunu təsdiqləyir, Venlianın içində olduğu komanda araşdırır və bunun SARS deyil, yeni növ koronavirus olduğunu anlayır. Dekabrın 30-da "WeChat" messencerində Vuhan Universitetinin tibb fakültəsinin məzunları arasında baş tutan söhbətdə Li Venlyan, SARS virusuna bənzər yeni növ koronavirus haqqında ilk xəbəri verir, dostlarını diqqətli olmaları barədə xəbərdar edir. Ardınca yazışmalar sosial mediaya düşür. Bu hadisədən sonra o, polisə çağırılaraq şayiələrin yayılmasının yolverilməzliyi barədə ciddi xəbərdarlıq alır.

Həkimin Wechat qrup yazışmaları

Həkimin Wechat qrup yazışmaları

Mənbə: Meydan TV

Mağazaya şikayətlər daxil olana, SARS analizlərinin cavabı alınana, xəstəxanada virusu araşdırıb paylaşana qədər, virus, heç olmasa 1 ay mövcud olub, minimum.

Ardınca virus yayılır, yoluxanlar və ölənlər artır, Çin hökuməti Vuhan şəhərini blokadaya alır. Niyə təkcə Vuhanı? Vuhandan gələn çinlilər bütün İtaliyanı və Avropanı 10 günə yoluxdura bilirlər, amma Çində Vuhan bağlanana qədər heç kim bu şəhərə girib-çıxmayıb? Nağıldır. Ardınca virus Avropaya gəlir. Daha doğrusu, böyük ehtimalla daha əvvəl gəlib, lakin gec tapılıb. Daha sonra Çin hökuməti elan edir: Virusa qalib gəldik (Meqa iqtisadi itkilərə son)!

Bir detala daha diqqətlə baxaq: İtaliyada son 20 gündə 4500 (ümumilikdə 43 günə 4825) adam ölüb virusdan. Çinin əhalisi İtaliyadan 25 dəfə çoxdur (sadə hesabla 25×4500=112.500). Tibb sistemi İtaliyada daha güclüdür (40-cı yer/47-ci yer). Və ən əsası virusun Çində doğum tarixi İtaliyadan ən azı iki ay (həkim Venlianqın virusun yoluxan ilk xəstələrdə (!) kəşf etdiyini düşünsək, dekabr-fevral) tezdir. Bunun üstünə virusdan ölənlərin sayının dünya ortalamasına baxıb artımdakı həndəsi silsiləni Çində virusun kommunist hökumətinin iddia etdiyi yayılma tarixindən virusun məhv edildiyinin elan olunduğu tarixə qədərki günlərin sayına vursaq, dəhşətli rəqəm alarıq. Bir də totalitar rejimlərin mahiyyətini (məsələn, Hitlerin 6 milyon yəhudini konslagerlərdə öldürməsi) və onlara heç vaxt etibar etməmək gərəkdiyini unutmayaq.

İstisna edilməməlidir ki, Çinin avtoritar hökuməti Vuhanı məhz ölənləri (ola bilər, hətta xəstələri də. Fevralın 25-də bu barədə çinli blogerlər video paylaşmışdılar) gözdən-könüldən iraq yandırmaq üçün tam qapayıb. Qapalı şəhərdə baş verənlər haqda totalitar ölkədə kim danışacaq ki?

Sonda isə bu aralar xoş sonluqla bitən nağıllara inanmağa ac olan dünyaya uğur hekayəsi danışıb, məsələni birdəfəlik bitirib iqtisadi fəaliyyəti bərpa etməyə qərar veriblər.

Yaxın günlərdə , dünyanın yeni kütləvi ölüm faktlarının və ya qətliamın detallarını öyrənməsi istisna edilməməlidir.

Mobil opratorların statistikaları

Mobil opratorların statistikaları

Mənbə: Meydan TV

Vuhandan gələn çinlilər bütün İtaliyanı və Avropanı 10 günə yoluxdura bilirlər, amma

Vuhandan gələn çinlilər bütün İtaliyanı və Avropanı 10 günə yoluxdura bilirlər, amma

Mənbə: Foto: Meydan TV

Bütün hallarda, yanğından əmələ gələn şiddətli hava kirliliyini sübut edən peyk görüntüsü var.

Bütün hallarda, yanğından əmələ gələn şiddətli hava kirliliyini sübut edən peyk görüntüsü var.

Mənbə: Meydan TV

Çin hökuməti statistikanı meqa ölçülərdə kiçildib

Çin hökuməti statistikanı meqa ölçülərdə kiçildib

Mənbə: Foto: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  22 Mart 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/gsrr5b

Ən çox baxılan