Cənubi Koreya: Şimali Koreya gərginliyi artırarsa, cavab veriləcək

“Şimalın səbəb ola biləcək bütün nəticələrə görə tamamilə məsuliyyət daşıdığını açıq şəkildə bildiririk”, – o deyib.

Source: Foto: google.az


“Şimalın səbəb ola biləcək bütün nəticələrə görə tamamilə məsuliyyət daşıdığını açıq şəkildə bildiririk”

Cənubi Koreyanın Prezident Administrasiyası çərşənbə axşamı deyib ki, Şimali Koreya iki ölkə arasında barışıq simvolu olan ortaq əlaqə ofisini məhv etməsindən sonra gərginliyi artırmağa davam edərsə, qarşı tərəfə sərt cavab veriləcək, – “Reuters” xəbər verir.

Ofisin dağıdılması iki “Koreya arasındakı əlaqələrin inkişafına və yarımadada davamlı sülhə ümid edənlərin gözləntilərini məhv edib,” – milli təhlükəsizlik müşavirinin müavini Kim You brifinq zamanı deyib.

“Şimalın səbəb ola biləcək bütün nəticələrə görə tamamilə məsuliyyət daşıdığını açıq şəkildə bildiririk”, – o deyib.

Çərşənbə axşamı günü Kreml Koreya yarımadasındakı vəziyyətdən narahat olduğunu bildirib və tərəfləri təmkinli olmağa çağırıb, – “Reuters” xəbər verir.

Jurnalistlərin konfrans zəngi ilə suallarını cavablayan Kremlin sözcüsü Dmitri Peskov Rusiyanın Koreya yarımadasında baş verən hadisələri yaxından izlədiyini, lakin gərginliyi azaltmaq üçün bu günə qədər yüksək səviyyəli diplomatik təmaslara dair planlarının olmadığını deyib.

Ana səhifəDünyaCənubi Koreya: Şimali Koreya gərginliyi artırarsa, cavab veriləcək