”Bu qədər müraciətin qabağında heç bir məmur bizə yaxınlaşmır”

”Bu qədər müraciətin qabağında heç bir məmur bizə yaxınlaşmır”

Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov 50 küçəsində yerləşən yataqxana binası 1975-ci ildən neft işçilərinə verilib. Sakinlər deyir ki, yaşadıqları bina hazırda istifadəyə yararsız vəziyyətdədir. Yataqxanada 90-dan çox ailə qalır. Son restavrasiya işləri 2001-ci ildə aparılıb. Zəlzələdən sonra güclü çatlar əmələ gəlib. Yataqxana sakinləri aidiyyatı qurumlara müraciət etsələr də, nə bələdiyyə, nə Fövqaladə Hallar Nazirliyi, nə də ki Səbail Rayon İcra Hakimiyyəti yardım edib. Onlar binanın istənilən an çökə biləcəyindən narahatdırlar.

Ana səhifəVideo”Bu qədər müraciətin qabağında heç bir məmur bizə yaxınlaşmır”