Mənbə: Hromadske

Böyük mübadilə: ukraynalı əsirlərdən və siyasi məhbuslardan evə kim dönüb

Orijinal olaraq yayımladıHromadske

Rusiya əsirliyindən azad olunan ukraynalı dənizçilər və siyasi məhbuslar “Borispol” aeroportunda, Kiyev, 7 sentyabr 2019-cu il. Andrey Oprisko, “Nikopol” katerinin baş matrosu

Rusiya əsirliyindən azad olunan ukraynalı dənizçilər və siyasi məhbuslar “Borispol” aeroportunda, Kiyev, 7 sentyabr 2019-cu il. Andrey Oprisko, “Nikopol” katerinin baş matrosu

Mənbə: Hromadske

Sentyabrın 7-də artıq neçə həftədir ki, yolu gözlənilən əsirlərin böyük mübadiləsi başlayıb. Rusiya əsirliyindən 35 ukraynalı qayıdıb. Onların arasında RF-nin Kerç boğazında tutduğu 24 dənizçi, rejissor Oleq Sensov, Aleksandr Kolçenko, Vladimir Balux və adları bir neçə ildir ki, demək olar, bütün beynəlxalq görüşlərdə siyasi məhbus kimi çəkilən digərləri var.

Aleksandr Kolçenko

Aleksandr Kolçenko Krım Avromeydanının fəalıdır. O, bundan əvvəl bir çox aksiyada tələbələri, “Krımtrolleybus” müəssisəsinin işçilərini dəstəkləyib, ekoloji hərəkatın iştirakçısı olub. Tavriya universitetində coğrafiya fakültəsində təhsil alıb.

Rusiya xüsusi xidməti Kolçenkonu 2014-cü ilin mayında ilhaq edilmiş Krımda tutub. Onun da adı Rusiya məhkəməsinin “terror qruplaşmasını yaratdığına” görə 20 il azadlıqdan məhrum etdiyi Oleq Sensovun işində çəkilib. Kolçenkonu bu qruplaşmanın iştirakçısı kimi günahlandırıblar.

2015-ci il avqustun 25-də Rusiya Federasiyasının Rostov-Dondakı Şimali Qafqaz dairə məhkəməsi onlara hökm çıxarıb. Aleksandr Kolçenko 10 il həbs cəzası alıb, hərçənd prokurorlar 12 il tələb ediblər.

O, cəzasını Rusiyanın Kopeysk şəhərində (Çelyabinsk vilayəti) 6 nömrəli cəzaçəkmə müəssisəsində çəkib.

Rusiya əsirliyindən azad olunan ukraynalı dənizçilər və siyasi məhbuslar “Borispol” aeroportunda, Kiyev, 7 sentyabr 2019-cu il. Rejissor Oleq Sentsov qızı Alina il

Rusiya əsirliyindən azad olunan ukraynalı dənizçilər və siyasi məhbuslar “Borispol” aeroportunda, Kiyev, 7 sentyabr 2019-cu il. Rejissor Oleq Sentsov qızı Alina il

Mənbə: Hromadske

Oleq Sensov

Simferopoldan olan ukraynalı kinorejissor “Qamer” və “Kərgədan” (çəkilişi başa çatmayıb) filmlərinin müəllifidir. O, Avromeydanın və Krımın ilhaqı zamanı Ukraynayönlü aksiyaların fəal iştirakçısıdır.

Rusiya FTX-nın əməkdaşları Sensovu 2014-cü il mayın 10-da tutublar. İstintaq zamanı döyüblər, boğublar, meşəyə aparıb diri-diri basdırmaqla hədələyiblər, Avromeydan rəhbərliyinə qarşı ifadə verməsini tələb ediblər. Sensovu sonralar “Lefortovo”ya köçürüblər.

Ukraynalının məhkəmə prosesi Rostov-Donda Şimali Qafqaz hərbi dairə məhkəməsində keçirilib. Sensovu terror aktlarının hazırlanmasında (Simferopolda Leninin heykəlini və Əbədi alov memorialını partlatmaqda, Rusiyayönümlü təşkilatların ofislərində yanğın törətməkdə) günahlandıraraq, ciddi rejimli koloniyada saxlanmaqla 20 il müddətinə azadlıqdan məhrum ediblər.

2017-ci ilin 13 noyabrında Oleq Sensov Labıtnangi şəhərindəki (Yamal-Nen muxtar vilayəti) “Ağ ayı” adlanan 8 saylı islah-əmək müəssisəsində saxlanılırdı.

Ötən il Oleq Sensov Kremlin bütün siyasi məhbuslarının azad edilməsi tələbi ilə aclıq aksiyası keçirib. Aksiya 145 gün davam edib. Sensov məcburi qidalandırma təhlükəsi səbəbindən oktyabrın 6-da aclıq aksiyasını dayandırıb. Sentyabrın 10-da Sensovun bacısı siyasi məhbusun öldüyü təqdirdə yaradıcılıq vəsiyyətnaməsi yazdığını xəbər verib.

Sensovun həbs müddətində onun müdafiəsinə Pedro Almodovar, Kşiştof Zanussi, Ancey Vayda, Andryey Zvyaqinsev kimi kinorejissorlar da daxil olmaqla tanınmış incəsənət xadimləri qalxıb.

Rusiya əsirliyindən azad olunan ukraynalı dənizçilər və siyasi məhbuslar “Borispol” aeroportunda, Kiyev, 7 sentyabr 2019-cu il. Ukraynalı zabit İqor Qribin oğlu Pavel Qrib

Rusiya əsirliyindən azad olunan ukraynalı dənizçilər və siyasi məhbuslar “Borispol” aeroportunda, Kiyev, 7 sentyabr 2019-cu il. Ukraynalı zabit İqor Qribin oğlu Pavel Qrib

Mənbə: Hromadske

Pavel Qrib

Ruslar ukraynalı zabitin 19 yaşlı oğlunu 2017-ci ilin avqustunda Belarusun Qomel şəhərində saxlayıblar. Atası İqor Qribin məlumatına görə, Paveli qonşu ölkənin ərazisinə Rusiya xüsusi xidmətinin əməkdaşları tovlayıblar.

Pavel Qomeldə sosial şəbəkələrdə tanış olduğu qızla görüşməli idi. Rusiyalı Tatyana Yerşova sonralar etiraf edib ki, ukraynalını Belarusa FTX-nın təzyiqi altında çağırıb.

Pavel anadangəlmə ağır xəstəlikdən – portal hipertenziyadan əziyyət çəkir. O, daima köməkçi preparatlar qəbul etmək məcburiyyətindədir. Krasnodar müvəqqəti saxlama təcridxanasında onun halı dəfələrlə pisləşib, dərmanların çatdırılması və tibbi xidmət göstərilməsinə isə tez-tez əngəl törədilib. Cinayət işinə baxılması zamanı Qrib Rostov tıəcridxanasında saxlanılıb, məhkəmədə isə videorabitə vasitəsi ilə iştirak edib.

Pavel Qribə 2019-cu il martın 22-də Rostov-Donda hökm oxunub. Rusiya vətəndaşı Tatyana Yerşovanı “terrora meylləndirmə” ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. İyulda RF Ali Məhkəməısi hökmü qanuni hesab edib.

Hökmün oxunmasından sonrakı şərhində Qrib “Qromadskoye”yə bəyan edib ki, aclığa başlayır, ancaq tezliklə aclığı dayandırıb.

Siyasi məhbus Pavel Qribin atası bu hökmü oğlu üçün ölüm hökmü adlandırıb, Ukraynanın insan hüquqları üzrə müvəkkili Lyudmila Denisova isə bəyan edib ki, Pavelin təcili ürək əməliyyatına ehtiyacı var. Səhhətindəki problemlərlə bağlı Qrib islah-əmək müəssisəsinə köçürülməyib.

Rusiya əsirliyindən azad olunan ukraynalı dənizçilər və siyasi məhbuslar “Borispol” aeroportunda, Kiyev, 7 sentyabr 2019-cu il. Jurnalist, tarixçi Stanislav Klıx

Rusiya əsirliyindən azad olunan ukraynalı dənizçilər və siyasi məhbuslar “Borispol” aeroportunda, Kiyev, 7 sentyabr 2019-cu il. Jurnalist, tarixçi Stanislav Klıx

Mənbə: Hromadske

Stanislav Klıx

Kiyev Nəqliyyat Akademiyasının tarix müəllimi Stanislav Klıx Rusiya xüsusi xidmət əməkdaşları tərəfindən 2014-cü il avqustun 8-də Rusiyanın Oryol şəhərindəki otellərdən birində saxlanılıb. Orda o, sevgilisi ilə görüşürmüş. Saxlanma zamanı ona yalnız anasına zəng etməyə icazə veriblər.

Sonrakı 10 ay ərzində vəkil Marina Dubrovinaya onunla Pyatiqorsk təcridxanasında görüşməyə müyəssər olana qədər Klıx haqqında heç bir məlumat yox idi. Həmin vaxt o, Avropa İnsan Haqları Məhkəməsinə məktub yazaraq, məruz qaldığı işgəncələrdən bəhs edib.

2016-cı il mayın 26-da Çeçenistan məhkəməsi Klıxı 20 il müddətinə azadlıqdan məhrum edib. Onu və Nikolay Karpyuku 1994-95-ci illərdə rus-çeçen müharibəsi zamanı rusiyalı hərbçiləri qətlə yetirməkdə günahkar biliblər. Eyni zamanda prokurorlar Klıxa və Karpyukun Çeçenistanda olmasının heç bir sübutunu ortaya qoya bilməyib.

2018-ci ilin iyulunda Klıx Maqnitaqorskdakı psixiatrik xəstəxanaya köçürülüb. Rusiya siyasi məhbusun “öz istəyi ilə köçürüldüyünü” iddia edib. Sonralar siyasi məhbus anasına psixotrop dərmanlarla “yemləndiyini” söyləyib. Klıx cəzasını Çelyabinsk vilayətində çəkirdi.

Nikolay Karpyuk

“Sağ sektor”un ideoloji məsələlər üzrə sədr müavini Nikolay Karpyuk 2014-cü il martın 17-də Rusiya sərhədçiləri tərəfindən Bryansk və Çerniqov vilayətlərinin sərhədində saxlanılıb.

Bir neçə gün əvvəl Kiyev ətrafında bağ evlərindən birində “Sağ sektor”un iştirakçıları Krımın mümkün ilhaqı ilə bağlı necə hərəkət etməli olduqlarına qərar verirmiş. Həmin müşavirədə “Sağ sektor”un Kiyev təşkilatının sədri Vyaçeslav Fursa ruslarla daha yüksək səviyyədə görüşüb razılaşmağı təklif edib – o cümlədən Fursanın əlaqəsi olduğu Vladimir Putinin məsləhətçilərinin soyadları səsləndirilib. Onun fikrincə, bu cür görüş Krım məsələsini Ukraynanın xeyrinə həll etməyə imkan verəcəkdi.

Yeri gəlmişkən, iştirakçılar iddia edirlər ki, bu cür görüşün əleyhinə olublar. Xəbərdarlıqlara baxmayaraq, Karpyuk görüşə yollanıb. “Sağ sektor”un o vaxtkı rəhbəri Dmitri Yaroş xatırlayır ki, bu, Karpyukun öz qərarı idi. Martın 17-də Karpyuk Vyaçeslav Fursa və onun sürücüsü ilə birlikdə saxlanılır. Digər ikisi 15 gün sonra Ukraynaya qayıdır.

2016-cı ilin mayında Çeçenistan məhkəməsi Karpyuku 22,5 il müddətinə azadlıqdan məhrum edir. O, cəzasını Rusiyanın “Vladimirski sentral” məhbəsində çəkirdi.

Yevgeni Panov

2016-cı il avqustun 10-da Rusiya FTS-ı ilhaq olunmuş Krımda “Ukrayna Baş Kəşfiyyat İdarəsinin casus şəbəkəsinin” ləğv edildiyini və yarlmadanın ərazisində “terror aktlarının təşkilatçısının” – Antiterror Əməliyyatın keçmiş iştirakçısı və könüllü Yevgeni Panovun saxlanıldığını bəyan edir.

Siyasi məhbusun qardaşı İqor Kotelyanes hesab edir ki, Panovu oğurlayaraq Krıma aparıblar, belə ki “onun Krımda olmasının başqa yolu yoxdur”. Onu və Andrey Zaxteyi Moskvada “Lefortovo” təcridxanasında saxlayırdılar.

Rusiya FTX-sı Panovu işğal olunmuş yarımadada “təxribat” hazırlamaqda, habelə silah saxlamaqda və qaçaqmalçılıqda ittiham edib. O, istintaqla əməkdaşlığa getməyib. 2018-ci il iyulun 13-də Krım “məhkəməsi” Panovu cəzasını ciddi rejimli müəssisədə çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edib.

2019-cu ilin yanvarında Panov Omska köçürülüb.

Rusiya əsirliyindən azad olunan ukraynalı dənizçilər və siyasi məhbuslar “Borispol” aeroportunda, Kiyev, 7 sentyabr 2019-cu il. Krımlı fəal Vladimir Balux

Rusiya əsirliyindən azad olunan ukraynalı dənizçilər və siyasi məhbuslar “Borispol” aeroportunda, Kiyev, 7 sentyabr 2019-cu il. Krımlı fəal Vladimir Balux

Mənbə: Hromadske

Vladimir Balux

Krım fermeri Vladimir Balux hələ 2013-cü ildə özünün Serebryanka kəndindəki evindən Ukrayna bayrağı asıb. Bayraq bir neçə dəfə endirilsə də, Balux onu yenidən yerinə qaytarıb.

Krımın ilhaqından sonar təqib başlanıb. 2017-ci ilin avqustunda yerli “məhkəmə” Baluxa 3,5 il həbs cəzası kəsib. Onu “hərbi sursatları saxlamaqda” günahlandırıblar. 2017-ci il oktyabrın əvvəlində “məhkəmə” hokum ləğv edib və işə yenidən baxılıb. Məhkəmənin nəticəsinə görə, 2018-ci ilin yanvarında Balux cəzasını qəsəbə tipli islah müəssisəsində çəkməklə 3 il 7 ay azadlıqdan məhrum edilib. Üstəlik o 10 min rubl cərimələnib.

2018-ci ilin yayında işğalçı hakimiyyətin nəzarətində olan Razdolnenski rayon məhkəməsi Baluxu həm də guya müvəqqəti saxlama təcridxanasının rəisini döyməkdə günahlandırıb və onu 5 il azadlıqdan məhrum edib, üstəlik 10 min rubl məbləğində cərimələyib.

Barmaqlıqlar arxasında olan Balux 206 gün aclıq edib, təkcə bir neçə qaşıq yulaf kiseli, quru çörək, su və balla çay qəbul edib. Yeri gəlmişkən, o, aclığı köçürülmə zamanı dayandırıb.

Roman Suşenko

“Ukrinform” informasiya agentliyinin Fransadakı müxbiri Roman Suşenko Rusiyaya 2016-cı ilin sentyabrında qohumlarına baş çəkmək üçün gəlib. Orda onu saxlayaraq, oktyabrda əleyhinə casusluq ittihamı irəli sürülüb. Suşenko məhkəmə prosesi zamanı “Lefortovo” təcridxanasında saxlanılıb.

2018-ci il iyunun 4-də Moskva məhkəməsi onu cəzasını ciddi rejimli müəssisədə çəkməklə 12 il azadlıqdan məhrum edib. Məhkəmədə son sözündə Suşenko özünü günahkar bilməyib.

Suşenkonu Rusiyanın Kirov vilayətindəki 11 nömrəli islah müəssisəsinə köçürüblər. Orda o, digər məhbuslarla mümkün münaqişələrdən qaçmaq üçün “təhlükəsiz yerdə” qalıb.

Suşenko 2019-cu ilin avqustunda cəzasını Ukraynada çəkməyə razılıq haqda sənədləri imzalayıb.

Suşenko həbsdə olarkən şəkillər çəkib. 2019-cu ilin fevralında Parisdə onun 2016-2018-ci illərdə “Lefortovo”da çəkdiyi şəkillərdən ibarət sərgisi keçirilib.

Aleksey Sizonoviç

Ukraynalı təqaüdçünü 2016-cı ilin avqustunda Luqanskda oğurlayaraq Rostova aparıblar.

2017-ci il iyulun 31-də Şimali Qafqaz dairə hərbi məhkəməsi Sizonoviçi guya ki Rostov vilayətində terror aktı hazırladığına görə 12 il müddətinə azadlıqdan məhrub edib və 250 000 rubl cərimələyib.

Məhkəmə prosesi zamanı Sizonoviç Rostov-Don istintaq təcridxanasında saxlanılıb və möhkəm döyülüb. Bu barədə Ukraynanın Novosibirskdəki konsulu Diana İvanova məlumat verib. Onu ilk dəfə Sizonoviçlə görüşə saxlanmadan il yarım sonra buraxıblar.

Hazırda 63 yaşı olan Sizonoviç İrkutsk vilayətindəki məhbəsdə saxlanılıb. Bu müddətdə onun boynunda şiş inkişaf edib. Məhbəs həkimi ona mütəxəssisə müraciət etməyi məsləhət görüb, Sizonoviç mütəxəssisi bir aydan çox gözləyib. Konsulun sözlərinə görə, Sizonoviç böyük ehtimalla əməliyyat olunmalıdır.

Rusiya əsirliyindən azad olunan ukraynalı dənizçilər və siyasi məhbuslar “Borispol” aeroportunda, Kiyev, 7 sentyabr 2019-cu il. Krım-tatar fəalı Edem Bekirov

Rusiya əsirliyindən azad olunan ukraynalı dənizçilər və siyasi məhbuslar “Borispol” aeroportunda, Kiyev, 7 sentyabr 2019-cu il. Krım-tatar fəalı Edem Bekirov

Mənbə: Hromadske

Edem Bekirov

Rusiyanın güc strukturları Krım tatarı Edem Bekirovu 2018-ci ilin dekabrında Krımla inzibati sərhəddə saxlayıblar – onu guya ki 10 kq trotil və 190 hərbi patron nəql etməkdə günahlandırıblar.

Bekirov saxlanmazdan az öncə ürəyindən əməliyyat olunub və ayaqları kəsilib. Üstəlik şəkərli diabetdən əziyyət çəkir. Bəkirov sağlamlığındakı ağır vəziyyətlə bağlı daima dərmanlara ehtiyac duyur. Vəkili dəfələrlə bəyan edib ki, istintaq təcridxanasında ona tibbi yardım göstərmirlər. Bekirovun işinə reaksiya verən Avropa İnsan Haqları Məhkəməsi siyasi məhbusa tibbi baxış keçirilməsi üçün RF-nin qarşısına öhdəlik qoyub.

Bekirovu ilhaq olunmuş Krımın ərazisindəki istintaq təcridxanasında 8,5 aydan artıq saxlayıblar. 2019-cu ilin yayında Rusiyada bu iş üzrə istintaqın başa çatdığını bəyan ediblər. İş bundan sonra məhkəməyə verilməli idi. Lakin bu il avqustun 27-də Simferopol rayon məhkəməsi həbs hökmünü məhkəməyə gəlmək öhdəliyi ilə əvəzləyib.

Artur Panov

Luqansk vilayəti, Krasnodon sakini Artur Panov 2015-ci ilin dekabrında Rusiya-Ukrayna sərhədini guya qaçqın qismində keçərkən saxlanılıb. Rusiya istintaqının versiyasına görə, panov Qorki adına Rostov teatrını partlatmağa hazırlaşırmış və artıq Rusiya ərazisində partladıcı qurğunu hazırlayıb. Panov iddia edir ki, onda heç kəsə ziyan verməyəcək partlayıcı paket olub.

Rostov istintaq təcridxanasında Panovun sağlamlıqla bağlı problemləri başlayıb. İddia edir ki, onu zəhərləməyə çalışıblar. Xəstə onurğasına görə şikayət edəndə, qoltuq ağacı verilməyib. Panov Ukraynaya verilməsi tələbi ilə quru aclıq elan edib.

DƏNİZÇİLƏR

Noyabrın 23-də ukraynanın üç hərbi gəmisi Odessadan Mariupola planlı keçidə başlayıb. 2018-ci il noyabrın 25-də Qara dənizdəki Kerç boğazında Rusiya hərbçiləri Ukrayna katerlərinə atəş edərək, 24 ekipaj üzvünü saxlayıb. Ukraynalıları il yarım ərzində Rusiya məhbəslərində saxlamaqla onları hərbi əsir kimi tanımayıblar. Dəniz hüququ üzrə Beynəlxalq tribunalın dənizçiləri dərhal azad etmək tələbinə baxmayaraq, Rusiya onları buraxmayıb.

Ukrayna prezidenti Vladimir Zelenski Borispol” aeroportunda Rusiya əsirliyindən azad olunan ukraynalı dənizçilər və siyasi məhbusları qarşılayır, Kiyev, 7 sentyabr 2019-cu il

Ukrayna prezidenti Vladimir Zelenski Borispol” aeroportunda Rusiya əsirliyindən azad olunan ukraynalı dənizçilər və siyasi məhbusları qarşılayır, Kiyev, 7 sentyabr 2019-cu il

Mənbə: Hromadske

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN

Orijinal olaraq yayımladıHromadske

Bölmələr:  
qısa linklər:   http://mtv.re/vysidl

Ən çox baxılan