Mənbə: Google

BMT ABŞ, Suriya və Rusiya qüvvələrini müharibə cinayətində ittiham edir

ABŞ və koalisiya qüvvələrinin Suriyadakı hava zərbələri çox sayda mülki şəxsin ölümünə və yaralanmasına səbəb olub. Lazımi tədbirlər görülmədiyindən Suriyada müharibə cinayətlərinin baş vermə ehtimalı böyükdür, - BMT-nin araşdırma qrupu çərşənbə günü bəyan edib.

“Reuters” xəbər verir ki, Suriya hökuməti və onun müttəfiqi Rusiya döyüş təyyarələri də tibb müəssisələrini, məktəbləri, mağazaları və əkin sahələrini hədəf alacaq və müharibə cinayətlərinə səbəb ola biləcək ölümcül kampaniya aparıb.

BMT-nin Suriya üzrə İstintaq Komissiyasının hesabatında əvvəllər Nusra Cəbhəsi kimi tanınan və mülki insanların öldürülməsində ittiham edilən Hayat Tahrir al-Şam qruplaşması da tənqib edilib.

Səkkiz illik müharibə yüz minlərlə insanın ölümünə və 13 milyon insanın torpaqlarından zorla çıxarılmasına səbəb olub.

Tanınmamış “İslam Dövləti”ni devirmək uğrunda mübarizədə ABŞ-ın rəhbərlik etdiyi koalisiya hava qüvvələri tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələri (SDF) qrupunun Suriyanın şərqindəki əsas dayağı olan Hajini ötən ilin dekabrında geri alıb.

ABŞ koalisiyasının “Əl-Cəzirə Fırtınası” əməliyyatı çox sayda mülki vətəndaşın itkin düşməsi ilə nəticələnib. Yanvarın 3-də Hajinin cənubundakı Şafah şəhərində 12 uşağın da olduğu 16 mülki şəxsin ölümü ilə nəticələnən hücumlar baş verib.

“Komissiya beynəlxalq koalisiya qüvvələrinin hücumlarını konkret bir hərbi hədəfə yönəltməməsinə və ya bunu lazımi tədbirlər görmədən edə bilməməsinə inanmaq üçün əsaslı səbəblər əldə edib,” hesabatda deyilir.

Hesabatda həmçinin deyilir, “vətəndaşların ölümü və ya yaralanması ilə nəticələnən hücumlara göstərilən diqqətsizlik müharibə cinayətinə apara bilər”.

Koalisiya rəsmiləri hesabatla bağlı şərh verməkdən boyun qaçırıblar.

Araşdırmacıların sözlərinə görə, koalisiyanın dəstəklədiyi SDF qüvvələri tərəfindən Şahildə və Deyr əl-Zor əyalətinin digər bölgələrində mülki vətəndaşlar öldürülüb və yaralanıb.

Suriyanın hökumət qüvvələri martın 9-da İdlib əyalətinin şimal-qərbindəki Saraqib bölgəsində ərazinin koordinatlarını bilməsinə baxmayaraq, təkrar hava hücumları edib və Əl-Hayat qadın və uşaq xəstəxanasını dağıdıb.

Mayın 14-də İdlibdə hökumətyönlü qüvvələr balıq bazarını və Cisr əl-Şuğurda qızlar üçün ibtidai məktəbi vurub. Hücum zamanı 8 nəfər öldürülüb.

“Bu cür hücumlar o cümlədən qorunan obyektlərə və tibb müəssisələrinə qəsdən edilmiş hücumlar müharibə cinayətinə bərabər ola bilər,”- hesabatda qeyd edilir.

Hesabat təxminən 300 müsahibəyə, peyk görüntüləri, foto və videoların təhlillərinə əsaslanır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hfqm12

Ən çox baxılan