Mənbə: Report

Bakıda klinika sahibinin oğlunun gözətçini döyərək, öldürdüyü bildirilir

Bakıda “Aristokrat” tibb mərkəzinin gözətçisi döyülərək, öldürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, yanvarın 1-də Nərimanov rayonu ərazisində yerləşən tibb mərkəzində gözətçi işləyən Muraz Nəbiyevin infarktdan ölməsi barədə “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.

“Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun infarktdan deyil, həmin gün paytaxt sakini Həsən Rəhimli tərəfindən döyülməsi və aldığı xəsarətlərdən ölməsi müəyyən edilib. Həsən Rəhimlinin klinikanın sahibinin oğlu olduğu müəyyən edilib. Məlum olub ki, M.Nəbiyevin halı pisləşəndən sonra o, həkimə aparılıb. Həkimə isə M.Nəbiyevin “infarkt keçirdiyi” deyilib. Həkim müayinəsi zamanı gözətçinin öldüyü məlum olub”, - “Report” yazıb.

Həsən Rəhimli polis əməkdaşları tərəfindən tutulub və hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9h57pd

Ən çox baxılan