Bakıda Fatimeyi-Zəhra məscidində Aşura

Yeni Günəşlidə Fatimeyi-Zəhra məscidində bu gün Aşura mərasimi keçirilib.

Source:

Bakının Suraxanı rayonundakı Yeni Günəşli yaşayış sahəsində yerləşən Xanım Fatimeyi-Zəhra məscidində Aşura mərasimi qeyd olunub.

Oktyabrın 1-i hicri-qəməri təqvimi ilə Məhərrəm ayının onuncu günü, Aşuradır. Aşura günü ilə əlaqədar Azərbaycandakı məscidlərdə İmam Hüseyn əzadarlığı keçirilir.

Mərasimdə dini çıxış, Kərbəla hadisəsinin tarixçəsindən bəhs edilir, daha sonra mərsiyələr, nohələr oxunur, ehsanlar paylanılıb.

Bu il sentyabrın 22-si hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb.

Məhəmməd peyğəmbərin nəvəsi, şiələrin üçüncü imamı Hüseyn və onun tərəfdarlarının qətlə yetirilməsi (Kərbəla hadisəsi) Məhərrəm ayında baş verdiyindən, dünyanın bir çox ölkəsində müsəlmanlar onu matəm ayı kimi qeyd edirlər.

Hər il minlərlə insan Kərbəlaya toplaşaraq, hicrətin 61-ci ilində (hazırda hicri təqvimi ilə 1439-cu ildir) Kərbəlada öldürülən İmam Hüseyn və 72 tərəfdarına yas saxlayır, əzadarlıq edirlər.

Məhərrəmlik mərasimi, ümumilikdə, Məhərrəm və Səfər aylarında (qətlə yetirilənlərin 40 mərasiminə görə) davam edir. Məhərrəm ayının 10-da Aşura hadisəsi – qətliam baş verib.

Ana səhifəFotoreportajBakıda Fatimeyi-Zəhra məscidində Aşura