Bakıda dustaq virtual məhkəmə ilə həbsdən buraxıldı

Yəni təqsirləndirilən S.Mustafayev saxlandığı təcridxanada, hakim isə məhkəmə zalında olub.

Foto: sosial şəbəkə


Hakim təqdimatı təmin etməyərək, həbs-qətimkan tədbirinin müddətini uzaqmaqdan imtina edib

Doqquz aydır həbsdə saxlanılan Sahib Mustafayev virtual məhkəmə vasitəsilə buraxılıb.

Aprelin 2-də Xətai Rayon Məhkəməsində S.Mustafayevin haqqındakı həbs-qətimkan tədbirinin müddətinin uzadılması üçün prokurorluğun təqdimatına baxılıb. Hakim təqdimatı təmin etməyərək, həbs-qətimkan tədbirinin müddətini uzaqmaqdan imtina edib.

Bu barədə məlumat verən vəkil Adəm Məmmədov bildirib ki, məhkəmə prosesi virtual qaydada keçirilib. Yəni təqsirləndirilən S.Mustafayev saxlandığı təcridxanada, hakim isə məhkəmə zalında olub. Məhkəmə prosesi onlayn qaydada keçirilib və sonra belə bir qərar verilib.

“Mən ilk dəfə idi ki, onlayn qaydada məhkəmədə iştirak edirdim. Məhkəmə həbs-qətimkan tədbirinin müddətini uzatmaqdan imtina etməklə, bu şəraitdə bizi sevindirdi”, – deyə S.Mustafayevin vəkili Adəm Məmmədov bildirib.

Martın 19-da Ali Məhkəmənin Plenumu koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində təxirə salınması mümkün olmayan məhkəmələr istisna olmaqla, digər məhkəmə proseslərinin aprelin 20-nə qədər təxirə salınması barədə qərar verib.

Ana səhifəSiyasətBakıda dustaq virtual məhkəmə ilə həbsdən buraxıldı