Azərbaycanın Ermənistana 4 əsir qaytardığı bildirilir

Əsirlərin ilk mübadiləsi dekabrın 14-də və 15-də olub.

Source: Rusiya mediası


Ermənistanın da iki hərbi əsiri Azərbaycana qaytardığı deyilir

Azərbaycan Rusiya və Qırmızı Xaç vasitəsilə dörd əsiri Ermənistana təhvil verdiyi bildirilir.

Bu barədə Ermənistanın Baş nazirinin müavini Tiqran Avinyan dekabrın 28-də açıqlama verib.

Məlumatı "Sputnik-armeniya"

yayıb

.

O bildirib ki, Azərbaycandan gətirilən əsirlər həkimlərin nəzarəti altındadır, lazımi tibbi və mənəvi-psixoloji yardım alacaqlar".

Baş nazirin müavini əsirlərin dəyişdirilməsi prosesinin davam edəcəyini söyləyib.

Əsirlərin dəyişdirilməsi prosesində Ermənistan daha iki azərbaycanlı hərbi əsiri Azərbaycana qaytarıb.

Rusiyanın TASS agentliyinə Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov məlumat verib.

Əsirlərin ilk mübadiləsi dekabrın 14-də və 15-də olub.

Azərbaycan 44 əsiri, Ermənistan isə 12 nəfəri təhvil

verib

.

"Hamının hamıya" prinsipi üzrə mübadilə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatında əksini tapıb.

Hələlik Azərbaycan əsirlərin Ermənistana verilməsi barədə məlumat verməyib.

Ana səhifəSiyasətAzərbaycanın Ermənistana 4 əsir qaytardığı bildirilir