Azərbaycanda koronavirusa yoluxanların sayı 9 oldu

Qərargahdan bildirilir ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən hər üç pasiyentin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Source: Meydan TV


Pasiyentlərdən ikisi İranda təhsil alan tələbədir

İran İslam Respublikasından qayıdan daha üç Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabinetinin yanında operativ qərargahdan verilən məlumatda belə deyilir.

Məlumata görə, 1938-ci il təvəllüdlü vətəndaş İrandan qayıtdıqdan bir müddət sonra səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət edib. Müayinə zamanı onda pnevmoniya müəyyən edilib, laborator analiz isə koronavirus infeksiyasına yoluxma faktını təsdiqləyib. Hazırda pasiyentin vəziyyəti kafidir.

Digər iki şəxs – 1993-cü və 1994-cü il təvəllüdlü, İranın Qum şəhərində təhsil alan tələbələr İran-Azərbaycan sərhədini keçərkən karantinə alınıb və müayinə zamanı onlarda da koronavirus infeksiyası aşkarlanıb. Onların səhhəti normaldir, hərarətləri yoxdur, vəziyyətləri kafidir.

Qərargahdan bildirilir ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən hər üç pasiyentin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Bununla Azərbaycanda rəsmi şəkildə təsdiqlənmiş 9 koronavirusa yoluxmuş şəxs var.

Ana səhifəSosialAzərbaycanda koronavirusa yoluxanların sayı 9 oldu