Azərbaycanda koronavirusa 2981 yeni yoluxma

“Bugünkü test sayı isə 10 342-dir”.

Source: google.az


31 nəfərin vəfat etdiyi bildirilir

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2981 yeni yoluxma faktı qeydə alınıb, 1226 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 121 176 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 74 902 nəfər müalicə olunaraq sağalıb, 1 392 nəfər vəfat edib.

Aktiv xəstə sayı 44 882 nəfərdir.

Ötən müddət ərzində 1 728 577 test aparılıb: "Bugünkü test sayı isə 10 342-dir".

Ana səhifəSosialAzərbaycanda koronavirusa 2981 yeni yoluxma