Azərbaycanda dörd yeni koronavirus faktı aşkarlanıb

İnfeksiyaya yoluxma İran və İtaliyadan gələn Azərbaycan vətəndaşlarında müəyyən olunub.

Source: Meydan TV


İrandan və İtaliyadan qayıdan Azərbaycan vətəndaşlarında virus müəyyən edilib

Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 13-də yaydığı məlumata əsasən, daha dörd Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

İnfeksiyaya yoluxma İran və İtaliyadan gələn Azərbaycan vətəndaşlarında müəyyən olunub.

Məlumata görə həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Operativ Qərargahın məlumatında deyilir ki, bundan əvvəl xüsusi rejimli xəstəxanaya yerləşdirilən 1938-ci il təvəllüdlü Azərbaycan vətəndaşının səhhəti stabil ağır olaraq qalır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı zəruri tədbirlər görülür.

Azərbaycanda ümumilikdə rəsmi olaraq koronavirusa yoluxmuş 19 fakt təsdiqlənib. Bunlardan 3 nəfəri sağalaraq, evə buraxıblar. Bir nəfər, 1969-cu il təvəllüdlü qadın ölüb.

Ana səhifəSosialAzərbaycanda dörd yeni koronavirus faktı aşkarlanıb