Mənbə: Meydan TV

Azərbaycan teatrı beynəlxalq festivalda

Məqalə yeniləndi:  2 Oktyabr 2019

Nüfuzlu teatrların təmsil olunduğu festivalda Azərbaycan “Qodonun intizarında” tamaşasını göstərəcək

Azərbaycan teatrı “Skampa” Beynəlxalq Müasir Teatr Festivalında təmsil olunacaq.

Albaniyanın Elbasan şəhərində artıq iyirmi birinci dəfədir keçiriləcək festivalda(https://www.skampafestival.com/) Amerika, İtaliya, Rumıniya, Polşa, Macarıstan, Kosova, Şimali Makedoniya və dünyanın bir sıra müxtəlif nüfuzlu teatrları da iştirak edəcək.

Oktyabrın 10-dan 15-dək davam edəcək festivalda Akademik Musiqili Teatrı Samuel Bekketin “Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı tamaşanı göstərəcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  2 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/c2tnfy

Ən çox baxılan