Alsi L.Hastinqs

Mənbə: Foto: Turan İA

Başlıq: Alsi L.Hastinqs

“Azərbaycan hakimiyyəti qlobal böhrandan sui-istifadəyə son qoymalıdır”

Helsinki Komissiyasının həmsədrləri Azərbaycanla bağlı bəyanat yaydı

Helsinki Komissiyasının Nümayəndələr Palatasından olan sədr Alsi L.Hastinqs və həmsədr, senator Rocer Viker insan haqlarının Azərbaycandakı vəziyyəti ilə bağlı birgə bəyanat yayıb. Azərbaycan hakimiyyətinin müxalifətə, aktivistlərə və jurnalistlərə qarşı təqib və təzyiqlərini pisləyən bəyanatda deyilir:

“Pandemiya dövründə sağlamlıqla bağlı tədbirlər siyasi motivli repressiyalara haqq qazandıra bilməz. Azərbaycan hökumətinin cərimələr, həbslər, təqiblər, işgəncələr vasitəsilə öz xalqının söz, fikir və ifadə azadlığını məhdudlaşdırmaqda davam etməsi barədə məlumatlardan dərin narahatlıq keçiririk. Hakimiyyət bu qlobal böhrandan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri və başqa fəalların, reportyorların ifadə azadlığını məhdudlaşdırmaq məqsədilə sui-istifadəyə son qoymalıdır.

Son həftələrdə Azərbaycan hakimiyyəti ölkənin əsas müxalifət partiyası olan Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) və müxalif “Azadlıq” qəzetinə bağlı şəxsləri həbs edib, istintaqa cəlb edərək dindirib, cərimələyib, işgəncələrə məruz qoyub.

Koronavirusun qlobal miqyasda yayılmasından sonra Azərbaycan hakimiyyəti AXCP sədri Əli Kərimlinin telefon rabitəsi və internetə çatımlılıq imkanlarını mütəmadi məhdudlaşdırır, onun ətraf aləmdən təcrid edir, onun mediaya müsahibəsinə imkan verilmir”.

Bəyanatda daha sonra deyilir:

“Ötən həftə müxaliflərdən ibarət koalisiya hakimiyyəti AXCP-nin həbsdə olan üzvü Niyaməddin Əhmədova işgəncə verməkdə ittiham etdi. AXCP-nin digər üzvləri və yazarlar, o cümlədən Aqil Hümbətov, Faiq Əmirli, Səadət Cahangir hakimiyyətin koronavirus pandemiyasıyla bağlı addımlarını tənqid edəndən az sonra karantin rejimini pozmaq ittihamıyla saxlanılıb".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/idif8v

Ən çox baxılan