Mənbə: Foto: Meydan tv

AXCP-nin iki fəalı inzibati həbs edilib

Məqalə yeniləndi:  9 Oktyabr 2019

“Hər ikisi piketdən bir gün əvvəl saxlanılıb”

AXCP üzvləri Elxan Əliyev və Əlizamin Salayev Nərimanov məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbs alıblar.

Bu barədə məlumatı, partiyanın Rəyasət Heyətinin üzvü İlham Hüseyn verib.

O bildirib ki, hər iki şəxs Bakı Şəhər İcra Hakimiyyətinin binasının qarşısında piketdən bir gün əvvəl, oktyabrın 7-də saxlanılıb.

“Əlizamin Salayev Salyan Rayon Təşkilatının üzvüdür, aksiyaya gəlmişdi. Elxan Əliyev isə Binəqədi rayon cəbhəçisidir. Onları çayxanadan aparıblar. Onların hər ikisi İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) ilə ittiham olunublar”, - İlham Hüseyn deyib.

Milli Şura oktyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçitib. Paytaxt polisinin məlumatına görə, piketdə 17 nəfər saxlanılsa da, sonradan onlar sərbəst buraxılıblar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  9 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/ysn8y8

Ən çox baxılan