Anar Məlikov

Mənbə: Foto: sosial şəbəkə

Başlıq: Anar Məlikov

AXCP fəalı karantin qaydalarını pozmaqda ittiham edilir

Anar Məlikov inzibati cəza alıb

AXCP Cəlilabad Rayon Təşklatının fəalı Anar Məlikov 10 sutka inzibati cəza alıb.

Səbəb kimi onun karantin qaydalarını pozması göstərilir.

Məlumatı Meydan TV-yə AXCP-dən veriblər.

Bildiriblər ki, Anar Məlikova İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (epidemiya əleyhinə rejimin sanitariya - gigiyena və karantin rejimlərinin pozulması) ilə 10 sutka həbs cəzası verilib.

Anar Məlikov martin 21-də “Facebok” səhifəsində yerli polis idarəsinə profilaktik söhbətə çağrıldığı haqqında məlumat yayıb.

AXCP üzvünün sonuncu paylaşımları sırasında Türkiyədə hava limanında azərbaycanlı tələbələrin aksiyası və Cəlilabad Rayon Xəstəxanasında karantində saxlanılanların Novruz Bayramı şənliyi keçirməsini əks etdirən videolar yer alıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/x4myad

Ən çox baxılan