Mənbə: google

Avropa Parlamentinin fraksiyası Azərbaycan hökumətinə sanksiya tələb edir

‘’Ölkədə siyasi müxalifət və vətəndaş cəmiyyətinə qarşı repressiyalara görə cavabdeh olan məmurlara qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırırıq”

“Azərbaycanın hüquq-mühafizə orqanlarının AXCP-nin sədr müavini Fuad Qəhrəmanlını ağır işgəncələrə məruz qoymasına dair inadırıcı məlumatlar bizi narahat edir. Qəhrəmanlı Prezident İlham Əliyev rejimi tərəfindən çevriliş hazırlamaq ittihamı ilə həbs olunan, hazırda AXCP sədri Əli Kərimli ilə qanunsuz olaraq de-fakto ev dustaqlığına məruz qalan onlarla müxalif şəxs arasındadır”. Bu barədə Avropa Parlamentinin Sosialistlər və Demokratlar Qrupunun vitse-prezidenti, hollandiyalı deputat Kati Pirinin bəyanatında deyilir.

“Bu məsuliyyətsiz hərəkətlər Prezident Əliyevin çıxışlarında dəfələrlə “beşinci kolon” və “satqın” kimi qələmə verdiyi müxalifətçiləri qorxutmaq, onlara təcavüz və həbsdən ibarət sistematik kampaniyanın bir hissəsini təşkil edir.

Azərbaycan qanunvericiliyinə və ölkənin beynəlxalq öhdəliklərinə zidd olaraq, həbs edilənlər hüquqşünasları və ailələri ilə əlaqə kimi əsas hüquqlarından məhrum edilir. Prezident Əliyevin COVID-19 pandemiyasından və Ermənistanla hərbi gərginlikdəki son sıçrayışdan ölkədə siyasi müxalifətin qalan hissələrini məhv etmək üçün bir bəhanə kimi istifadə etməsi yolverilməzdir.

Azərbaycandakı vəziyyətin ağırlığını nəzərə alaraq, Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə baş nümayəndəsi Cosep Borrelli gecikdirilmədən Aİ-nın insan haqlarının hədəf alınması təşəbbüsü çərçivəsində Azərbaycanda zorakılıqların, ölkədə siyasi müxalifət və vətəndaş cəmiyyətinə qarşı repressiyalara görə cavabdeh olan məmurlara qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırırıq”, deyə Kati Pirinin bəyanatında bildirilir.

Son yarım ay ərzində AXCP-nin 45 fəalı saxlanılıb. Onlardan 18 nəfərə karantin rejimini pozma ittihamıyla 30 sutka həbs cəzası verilib. Daha 17 nəfər haqqında cinayət işi başlanaraq, barələrində istintaq dövrü üçün həbs-qətimkan tədbiri seçilib. 10 nəfər isə sərbəst buraxılıb.

AXCP bu həbslərin repressiya olduğunu və Prezident İlham Əliyevin 15 iyulda Nazirlər Kabinetinin iclasında Xalq Cəbhəsi haqda nifrət çıxışından qaynaqlandığını bəyan edib. Partiyadan bildirilib ki, ittihamlar uydurmadır, həmin gün dövlət çevrilişi etməkdə ittiham olunan Fuad Qəhrəmanlı və Məmməd İbrahim və sıra başqa cəbhəçilər ümumiyyətlə, yürüşdə iştirak etməyib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/dzsw8q

Ən çox baxılan