Avropa Məhkəməsi 8 şikayəti baxılacaq işlər siyahısından çıxarıb

Pərviz Həşimli və digərləri Azərbaycana qarşı işində Hökumət 4 ərizəçiyə – Pərviz Həşimli, Mustafa Hacıbəyli, Ayaz Məhərrəmli, Anar Məmmədovun hər birinə 6 min avro ödəməlidir.

Foto: Avropa Məhkəməsi


Tərəflər Azərbaycan hökuməti ilə anlaşma bağlayıb

Avropa İnsan Haqları Məhkəməsi fevralın 25-də Azərbaycandan göndərilən 8 şikayətlə bağlı qərarını elan edib.

"

Aihmaz.org

" yazır ki, "vəkil Nemət Kərimli Azərbaycana qarşı", "Elşad Təhməzov Azərbaycana qarşı", "jurnalist Pərviz Həşimli və digərləri Azərbaycana qarşı" işlərində tərəflər dostca anlaşma bağlayıblar.

Analaşmalara əsasən, Azərbaycan hökuməti vəkil Nemət Kərimliyə 2750, Elşad Təhməzova 6700 avro təzminat ödəməlidir. Pərviz Həşimli və digərləri Azərbaycana qarşı işində Hökumət 4 ərizəçiyə – Pərviz Həşimli, Mustafa Hacıbəyli, Ayaz Məhərrəmli, Anar Məmmədovun hər birinə 6 min avro ödəməlidir.

Eyni zamanda, Akif Şiriyev Azərbaycana qarşı işində hökumətin ərizəçiyə 1800 avro təzminat ödəməsi vurğulanır:

"Axundov və Məcidova Azərbaycana qarşı işi də baxılacaq işlərin siyahısından çıxarılıb. Bu işdə ərizəçilərin vəkili Avropa Məhkəməsi ərizəçilərlə kommunikasiya saxlaya bilmədiyini bildirib".

Qeyd olunub ki, Nemət Kərimlinin işi vəkilin nümayəndə olduğu cinayət işi ilə bağlı mediaya verdiyi ifadələr səbəbindən bir il müddətinə vəkillik fəaliyyətindən kənarlaşdırılması ilə əlaqəliydi: "Kərimli vəkillikdən müvəqqəti uzaqlaşdırılmasının onun ədalətli məhkəmə araşdırması, şəxsi həyata müdaxilənin yolverilməzliyi, ifadə azadlığı, mülkiyyət hüququna zidd olduğunu iddia edirdi. Təhməzov işində ərizəçi 5 aydan artıq qanunsuz həbsdə saxlanılmışdı. Yerli məhkəmələr buna görə ərizəçiyə təzminat ödənilməsinə qərar verdilər. Ərizəçi Avropa Məhkəməsi qarşısında ona ödənilmiş təzminatın məbləğinin (1500 manat) yetərli olmamasını mübahisələndirdi. "Pərviz Həşimli və digərləri Azərbaycana qarşı" işində hərəkət azadlığı hüququna məhdudiyyətlərin tətbiq edilıməsinin qanunsuzluğu iddia olunurdu. "Axundov və Məcidova Azərbaycana qarşı" işində QHT-nin qeydiyyatından imtina edilməsinin qanunsuzluğu, "Şiriyev Azərbaycana qarşı" işində mülkiyyət hüququ mübahisələndirilmişdi".

Ana səhifəSiyasətAvropa Məhkəməsi 8 şikayəti baxılacaq işlər siyahısından çıxarıb