Aşura günü qan verənlərdən 169 nəfərində virus aşkarlanıb

Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilib”, – nazirliyin məlumatında bildirilir.

Source:


“HİV1/2 (İİV – İnsanda İmmunçatışmazlığı Virusu) virusu aşkarlanmayıb”

Bu il sentyabrın 10-da Aşura günü qanvermə kampaniyası çərçivəsində qan vermiş 169 nəfərdə virus aşkar olunub. Onlardan 44 nəfərində hepatit B, 76 nəfərində hepatit C, 49 nəfərində isə sifilis aşkar olunub.

Azadlıq Radiosunun məlumatına görə, bunu Səhiyyə Nazirliyindən bildiriblər.

“HİV1/2 (İİV – İnsanda İmmunçatışmazlığı Virusu) virusu aşkarlanmayıb. Virus aşkar olunan nümunələr istifadədən kənarlaşdırılıb və müvafiq qaydalara uyğun olaraq zərərsizləşdirilib”, – nazirliyin məlumatında bildirilir.

Hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edir.

Aşura günü ilə əlaqədar Azərbaycanda bir neçə illərdir ki, könüllü qanvermə kampaniyası keçirilir. Səhiyyə Nazirliyinin məlumatına görə, bu il bu aksiyalarda 5809 nəfər iştirak edib. Bu şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub.

Ana səhifəSosialAşura günü qan verənlərdən 169 nəfərində virus aşkarlanıb