Aqil Abbas: Qarabağlılar öz torpaqlarına qayıtmaqdan ötrü ölür

“Oralar bərpa olunandan sonra 100 minə qədər əhali ora qayıtdı”.

Source: google.az


Siyavuş Novruzov: Bəzi partiya sədrləri var ki, onların adlarını çəkməyi Milli Məclisə yaraşdırmıram

“Həmrəylik günü ərəfəsində bir məsələni də demək istəyirəm. Bəzi partiya sədrləri var, onların adlarını çəkməyi Milli Məclisə yaraşdırmıram. Onlar deyir ki, Şuşa əhalisi ora qayıtmaq istəmir”.

Milli Məclisin iclasında komitə sədri Siyavuş Novruzov belə deyib.

Deputat belə informasiya yayanları tənqid edib:

“Bu qədər yalan danışmaq olarmı? Özü əlində avtomat tutmayan, hərbi xidmətdə olmayan adam gəlir belə şeylər danışır”.

Deputat Aqil Abbas da deyib ki, qarabağlıların Qarabağa geri qayıtmayacağı ilə bağlı yayılan fikirlər doğru deyil.

Onun fikrincə, müəyyən adamları belə danışdıraraq bundan istifadə edirlər:

“Ağdamda işğal olunmamış ərazidə 45 min əhali yaşayırdı. Oralar bərpa olunandan sonra 100 minə qədər əhali ora qayıtdı. O cümlədən Füzulidə də 40 minə yaxın füzulili öz torpağına qayıtdı. Qarabağlılar öz torpaqlarına qayıtmaqdan ötrü ölür. Biri mən, biri burada oturan qarabağlı deputatlar. Belə təbliğat aparmaqla adamları ruhdan salmaq istəyirlər. Biz qarabağlılar ruhdan düşən deyilik".

Parliamentin spikeri Sahibə Qafarova da bildirib ki, belə şayiələr çox olacaq: “Azərbaycan xalqı müdrik xalqdır. Həqiqətən qarabağlılar ruhdan düşən deyillər".

Ana səhifəSiyasətAqil Abbas: Qarabağlılar öz torpaqlarına qayıtmaqdan ötrü ölür