Mənbə: Google

Almaniyadan 61 azərbaycanlı geri qaytarılıb

Məqalə yeniləndi:  15 Noyabr 2019

“Onlardan 22-si kişi, 18-i qadın, 21-i uşaqdır”

Noyabrın 14-də Almaniyadan 61 azərbaycanlı geri qaytarılıb.

Məlumatı Dövlət Miqrasiya Xidməti (DMX) yayıb.

DMX xatırladıb ki, azərbaycanlıların geri qaytarılması “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişə əsaslanır:

“Almaniyadan ölkəmizə çarter reysi ilə 61 nəfər Azərbaycan Respublikası vətəndaşının readmissiyası (geri qaytarılması) həyata keçirilib. Onlardan 22 nəfəri kişi, 18 nəfəri qadın, 21 nəfəri uşaqdır”.

Readmissiya olunan Azərbaycan vətəndaşlarını Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının qarşıladığı qeyd olunub.

Noyabrın 13-də alman polisi Azәrbaycandan Almaniyaya miqrant daşıyan dəstə aşkarlayıb.

Məlumatı Almaniyanın “spiegel.de” saytı yayıb.

Bildirilib ki, Almaniyanın Frankfurt Mein, Köln, Koblenç və Düsserdorf şəhərlərində reyd keçirilib, 13 ev vә obyektә basqın edilərək, bir neçә nәfәr hәbs olunub. Dəstə üzvlәrinin qaçaq yolla Azәrbaycandan xeyli sayda insanı Almaniyaya apardıqları söylənilir.

Bundan əlavə “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Almaniyada yaşayan siyasi mühacir, Müsavat Partiyasının üzvü Mehdi Xəlilbəylinin də saxlanıldığı bildirilib. Baş verənlərdən sonra icazəsiz yaşayan, deport qərarı alan azərbaycanlıların ölkədən çıxarılmasının sürətləndirildiyi haqda məlumatlar yayılıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  15 Noyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/abywal

Ən çox baxılan