Almaniya ABŞ-ı maska piratlığında günahlandırıb

ABŞ hadisəni inkar edir

Source: arxiv


ABŞ hadisəni inkar edir

Berlin ABŞ-ı Almaniyaya göndərilməli olan üz maskalarını Banqkokda konfiske etməkdə günahlandırıb. ABŞ-ın Taylanddakı səfirlik nümayəndəsi isə bildirib ki, ABŞ maskaların Almanyaya göndərilməli olduğundan xəbərsiz olub.

“Reuters”in məlumatına görə, Berlin Daxili işlər katibi Andreas Qayzel (Geisel) cümə günü deyib ki, Almaniya üçün nəzərdə tutulmuş 200.000 ədəd maska Banqkokda müsadirə edilib. Hadisəni “müasir pirat aktı” adlandıran Qayzel maskaların ABŞ-a göndərildiyini bildirib.

ABŞ-ın Banqkokdakı səfirliyinin sözcüsü Jillian Bonnardeaux deyib: “Birləşmiş Ştatlar hökuməti Almaniyaya təyin olunan hər hansı tədarükün başqa səmtə yönləndirməyib və ümumiyyətlə, bu karqo haqda heç bir məlumata sahib deyil”.

“Biz beynəlxalq səylərin heç bir mənbəyi olmayan dezinformasiya kampaniyaları ilə bölünməsindən narahatlıq duyuruq”,- o deyib.

Tayland rəsmilərindən bazar ertəsi günü ölkə tətilə çıxdığı üçün rəy almaq mümkün olmayıb.

Maskaların səmtinin dəyişdirilməsi ittihamı ölkələrin koronavirus pandemiyasına qarşı mübarizə aparmaq yolunda qoruyucu vasitələrin təminatı üçün dəridən-qabıqdan çıxdığı bir zamana təsadüf edir.

ABŞ-ın Avropada və Cənubi Amerikadakı müttəfiqləri Vaşinqtonun alıcılara tibbi ləvazimat göndərməkdə yaratdığı maneələrdən şikayətçidir.

“Reuters” agentliyinin verdiyi məlumata görə, ümumilikdə 211 ölkə və ərazilərdə 1,25 milyondan çox koronavirusa yoluxma halı və 68,400 ölüm hadisəsi baş verib.

Ana səhifəDünyaAlmaniya ABŞ-ı maska piratlığında günahlandırıb