Aİ liderləri Rusiyaya qarşı sanksiyaların artırılmasını dəstəkləyir

Sanksiyalar əsasən Rusiyanın maliyyə, enerji və müdafiə sənayesini əhatə edir

Source: Google

Avropa İttifaqı (Aİ) liderləri iyun ayının 19-da Moskvanın Ukraynada davam edən münaqişədəki roluna görə Rusiyaya qarşı iqtisadi sanksiyaları altı ay müddətinə qədər uzadılmasını dəstəkləyib, – RFERL xəbər verir.

Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel videokonfransla Aİ-nin digər dövlət və hökumət başçılarını məlumatlandırıblar və qeyd edilib ki, Minsk razılaşmasının həyata keçirilməsi ilə bağlı heç bir irəliləyiş əldə edilməyib.

Sanksiyalar ilk dəfə 2014-cü ilin iyul ayında Rusiya Ukraynanın Krım yarımadasını qanunsuz olaraq ilhaq ettikdən və Ukraynanın şərqindəki 13 mindən çox insanın ölümünə səbəb olan Rusiyapərəst separatçılara hərbi dəstək verməyə başladıqdan sonra tətbiq edilib.

O vaxtdan bəri sanksiyalar hər altı aydan bir uzadılır. Növbəti uzadılma tarixinin yaxın həftələrdə Aİ rəsmiləri tərəfindən qəbul edilməsi planlaşdırılır.

Rusiya prezidenti Vladimir Putin bu ilin əvvəlində koronavirus pandemiyası ilə daha yaxşı mübarizə aparmaq üçün ölkələrə qoyulmuş iqtisadi sanksiyaların “humanitar” zəmində dondurulmasını təklif etmişdi.

Lakin Aİ rəsmiləri Putinin çağırışını rədd etmişdilər. Həm Avropa Komissiyasının sədri Ursula von der Leyen, həm də Avropa Şurasının Prezidenti Çarlz Mişel Putinin təkliflərini rədd etmiş və sanksiyaların “Rusiyanın epidemiya ilə mübarizə aparmasına maneə olmadığını” bildirmişdi.

Sanksiyalar əsasən Rusiyanın maliyyə, enerji və müdafiə sənayesini əhatə edir.

Ana səhifəSiyasətAİ liderləri Rusiyaya qarşı sanksiyaların artırılmasını dəstəkləyir