Ağdamda partlayış: əsgərlər arasında yaralananlar və ölən var

“Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur”.

Foto: Müdafiə Nazirliyi


Hadisə ilə bağlı cinayət işi açılıb

Fevralın 4-də günorta saatlarında Ağdam rayonunda baş verən partlayış əsgər Qubad Zeynalovun həyatına son qoyub.

Müdafiə Nazirliyinin yaydığı

məlumat

da iki hərbçi qulluqçu – Nemət Babayev və Balaqardaş Məlikməmədovun müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilib: "Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur".

Nazirlik hadisə ilə bağlı cinayət işi açıldığını qeyd edib.

Ana səhifəSiyasətAğdamda partlayış: əsgərlər arasında yaralananlar və ölən var