ABŞ Belarusa qarşı sanksiyaları sərtləşdirdi

ABŞ avqustun 9-da Belarusa qarşı yeni sanksiyalar yeritdiyini elan edib. Prezident Co Baydenin imzaladığı fərmana görə, Belarusa ölkədəki dövlət müəssisələrinin bütün dollar aktivlərinin dondurulmasından tutmuş, digər məhdudiyyətlər implementasiya oluna bilər

Source: fsadfd

Məqalə

Euroradio

saytında dərc olunub.


Co Bayden fərman imzalayıb

ABŞ avqustun 9-da Belarusa qarşı yeni sanksiyalar yeritdiyini elan edib. Prezident Co Baydenin imzaladığı fərmana görə, Belarusa ölkədəki dövlət müəssisələrinin bütün dollar aktivlərinin dondurulmasından tutmuş, digər məhdudiyyətlər implementasiya oluna bilər. Hərçənd konkret addımları Amerika qurumları atmalıdır.

ABŞ Maliyyə Nazirliyinin yeni sanksiya siyahısı daha konkretdir. Vaşinqtonun rəsmi Minskə qarşı yeritdiyi məhdudiyyətlərlə bağlı ölçü tədbirləri nöqteyi-nəzərindən bu addımlar ən ciddisidir.


Lukaşenkonun pulqabıları

ABŞ Maliyyə Nazirliyi sanksiyaları artırması barədə xəbərində birbaşa “Lukaşenkonun pulqabıları” terminindən istifadə edir.

“…Onlar monopoliya, vergi imtiyazları, əlverişli müqavilələr və digər mexanizmlər şəklində Lukaşenko rejiminin üstünlüklərindən istifadə edirlər. Bu üstünlüklər tez-tez Lukaşenkonun özünün imzaladığı fərmanlarla möhkəmlənir. Bunun qarşılığında Lukaşenko və onun yaxın çevrəsinə vəsaitlər təqdim olunur, Lukaşenkonun şəxsi layihələri maliyyələşdirilir və rejim nümayişkaranə şəkildə dəstəklənir”, – Maliyyə Nazirliyində bəyan edirlər.

Beləliklə, siyahıda “Lukaşenkonun energetik pulqabısı”nın adı çəkilir: biznesmen Nikolay Vorobey və onun “Belkaztrans” (və Ukraynada “qızı”), “İnterservis”, “Yeni neft şirkəti” və onun Rusiyada “qızı”, “Neft bitum zavodu” və Absolyutbank.

“Euroradio” Vorobeyin “Putinin ukraynalı kirvəsi” Viktor Medvedçukla əlaqələri və onun Ukraynada neft məhsulları və kömür ticarətində necə qazanması barədə ətraflı danışıb.

“Tabakerka” şəbəkəsinin sahibi kimi tanınan Aleksey Oleksin sanksiyalara “tütün pulqabısı” kimi məruz qalıb. Bu siyahıda həmçinin onun “Enerqo-Oil”, “İnter-tobakko” və “Belneftqaz” firmaları var.

Bundan başqa, siyahıda onun Vorobeylə ümumi layihəsi – logistika firması “Bremino qrup” mövcuddur ki, həmin firmaya həmçinin Aleksandr Zaysevin aidiyyatı var.

Amerikanın sanksiyaları təkcə belaruslara toxunmayıb. Siyahıya həmçinin Neboyşa Kariç – Kariçlər biznes imperiyasının təsisçisi Boqolyub Kariçin böyük oğlu da daxildir.

Məhdudiyyətlərə həm Kiprdə qeydiyyatdan keçmiş “Dana Holdinq”, həm də Kariçlər ailəsinin Belarus firmaları – “Dana Astra”, “Emireyts Blyu Skay” və “Dubay voter front” məruz qalır.


Dövlət müəssisələri

ABŞ sanksiyaları iki iri dövlət müəssisəsinə də aid edilib. Birincisi “Belaruskalium”dur. Bundan belə amerikalı fiziki və hüquqi şəxslər 120 gün ərzində həm “Belaruskalium”, həm də onun “qızları” ilə istənilən əməliyyata son qoymalıdır. “Qızlar”ın “Belaruskalium”da payı 50%-dən çoxdur. Yeri gəlmişkən, Belarus gübrələrinin treyderi olan “Belarus kalium şirkəti” hələ ki ayrıca məhdudiyyətlərə məruz qalmayıb.

Siyahıda ikinci dövlət müəssisəsi “Nyoman” Qrodnı tütün fabrikidir. ABŞ Maliyyə Nazirliyinin əsaslandırılmasında yazıldığı kimi, bu zavod “Avropada qeyri-leqal siqaretlərin əsas mənbəyi”dir. Euroradio həmçinin diqqəti bu məsələyə yönəldib və dərc etdiyi məqaləsində Belarus kontrabanda siqaretlərinin necə işləməsi barədə yazıb.

Sanksiyalara həmçinin Belarus neft kimya zavodunun rəhbəri Andrey Rıbakov “Belşina”nın rəhbəri Andrey Bunakov və “Qrodno azot”un baş direktoru İqor Lyaşenko məruz qalıb. Bu müəssisələrin özü artıq sanksiya altındadır.


Güc strukturları və məmurlar

İstintaq Komitəsinə qarşı da sanksiyalar yeridilib. ABŞ Maliyyə Nazirliyində qeyd edilir ki, İK-si “seçkisonrası repressiyaların avanqardı”nda yerləşir. İK-nin rəhbəri Dmitri Qora və onun müavinlərinin adı ayrıca çəkilir.

Kanada həmçinin Belarus rejiminə qarşı sanksiyalar elan edib

Qomel vilayətinin daxili işlər idarəsi etirazçıları təqib etdiyi üçün həmçinin siyahıya düşüb. “Güc strukturları” bölməsində həmçinin Okrestinada qanun pozucularının təcrid mərkəzinin dörd əməkdaşı Yevgeni Şapetko, İqor Kenyux, Qleb Drıl və Valdimir Lapırın adı var.

Daha sonra: hazırda sanksiyalara DTK İstintaq İdarəsinin rəhbəri Konstantin Bıçok məruz qalıb. O, dövlət televiziyasında tez-tez ən “rezonans”lı işləri şərh edir, ABŞ Maliyyə Nazirliyi isə ona hüquqşünas və ABŞ vətəndaşı Yuri Zenkoviçin saxlanılmasına haqq qazandırmasını xatırladır.

“Ryanair” şirkətinin təyyarəsinin yerə endirilməsi ilə bağlı nümunəyə nəqliyyat naziri Aleksey Avramenko, aviasiya departamentinin rəhəbri Artyom Sikorski, “Belaeronaviqasiya”nın rəhbəri Leonid Çuro, “Minsk” hava limanının direktoru Vyaçeslav Xoronenko və “məcburi eniş”i müdafiə edən deputat Oleq Qaydukeviç daxil edilib.

Siyahıya Belarusun Rusiyadakı səfirliyinin əməkdaşı, əvvəllər Lukaşenkonun protokol xidmətində çalışmış Darya Şmanay, həmçinin deputat Gennadi Davıdko əlavə olunub.

baff43b0f8f336030fedc566a8e75397.jpg
Darya Şmanay və Lukaşenkonun mətbuat katibi Nataliya Eyçmond

Sanksiyaların “idman bölməsi” də var: burada Milli Olimpiya Komitəsi, həmçinin Roman Bondarenkonun ölümündə adı keçən boksçu Dmitri Şakuta var. Orada həmçinin idmançıya məxsus olan Shock Sports Club idman zalının adı çəkilir.


Sanksiyalar onlar üçün nə deməkdir?

Sanksiya siyahısına düşəndən sonra bu şirkətlərin və ya fiziki şəxslərin ABŞ-dakı bütün aktivləri avtomatik olaraq dondurulur. Eyni şey 50%-dən çoxu onlara məxsus olan şirkətlərə aiddir.

Lakin ABŞ Maliyyə Nazirliyinin relizində maraqlı məqam var: bu şirkətlərlə təkcə ABŞ vətəndaşlarının və fiziki şəxslərinin tranzaksiyası qadağan edilməyib. Faktiki olaraq söhbət dollarla olan istənilən müqavilə və köçürmələrin qadağasından gedir, çünki bütün bunlar eminent ölkə kimi ABŞ vasitəsilə həyata keçirilir.


Baydenin sərt sanksiyaları

Bayenin xüsusi fərmanı ilə yeridilən və yuxarıda adı çəkilən sanksiyalar ilk növbədə Maliyyə Nazirliyi və Dövlət Departamenti tərəfindən hələ konret işlənib hazırlanacaq və tətbiq ediləcək. Ancaq madam ki, fərman imzalanıb, bu sanksiyalar tətbiq olunacaq – onlar Avropanın sektoral sanksiyalarından daha sərt olacaq.

“Sektoral sanksiyaların qüvvəyə minməsinə qədər onların hazırlanması və maliyyələşməsinə müəyyən vaxt gedəcək (bu proses, zənnimcə, yarım ildən artıq sürməyəcək). Bu gün “executive order”də təqdim olunan formata əsasən, Belarusun dövlət müəssisələri və “məxfi” biznesini 2021-ci ilin sonu – 2022-ci ilin əvvəlində “ikincili” sanksiyalarla bərabər tam əhatəli “İran formatı”nda sektoral sanksiyalar gözləyir, – jurnalist və analitik Serj Xaritonov şərh edir. – Bu o deməkdir ki, Belarusun dövlət bankları, dövlət biznesi və ya dövlət müəssisələri ilə əməkdaşlıq edən istənilən şirkət avtomatik olaraq ABŞ-ın sanksiya siyahısına düşür”.

Ana səhifəDünyaABŞ Belarusa qarşı sanksiyaları sərtləşdirdi