2 yaşlı körpənin başına kürəklə vurulub

Hadisə Tərtərdə baş verib

Foto: arxiv


Hadisə Tərtərdə baş verib

Tərtərdə 2 yaşlı körpə başından aldığı zərbə nəticəsində ölüb. 2018-ci il doğumlu Ömər Ağzadənin başına kürəklə zərbə vurulduğu məlum olub.

Hadisə iyulun 2-də baş verib. Məlumatı Baş Prokurorluq yayıb.

Məlumatda bildirilir ki, Ömər Ağazadə Tərtərin Hacıqərvənd kəndinin sakini olub. Onun başına kürəklə zərbə endirilib. İyulun 3-də aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb:

“Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. O cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib”.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

Məlumatda bildirilir ki, ilkin istintaqla cinayətin Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Elmir Hüseynov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Elmir Hüseynov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Ana səhifəXəbərlər2 yaşlı körpənin başına kürəklə vurulub